İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İsfahanda 4 polis əməkdaşının qətlində iştirak etməkdə ittiham olunan iki nəfər edam olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, İranın məhkəmə hakimiyyəti bildirib ki, edam edilən şəxslər odlu və müxtəlif növ soyuq silahlarla silahlanaraq əhaliyə və təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Onlar binaları, polis bölməsini və ictimai obyektləri yandıraraq bölgədə qorxu və təhlükəsizlik mühitinin pozulmasına səbəb olublar.
Məhkəmə hakimiyyəti hadisənin bu ilin yanvarında İsfahanda baş verdiyini bildirib.
Qeyd olunub ki, edam edilən şəxslər İsfahanda törədilmiş cinayətin əsas iştirakçılarından olublar. Mövcud sənədlərə, məhkumların öz etiraflarına və digər təqsirləndirilən şəxslərin ifadələrinə əsasən, onlar hadisə yerində silahlı şəkildə iştirak edib və çoxsaylı cinayətlər törədiblər.
Təqsirləndirilən şəxslərin kassasiya şikayətindən sonra hökmlər İranın Ali Məhkəməsində də araşdırılıb. Mövcud sübutlar və törədilmiş cinayətin ağırlığı nəzərə alınaraq hökmlər Ali Məhkəmənin hakimləri tərəfindən təsdiqlənib və bu gün səhər icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















