Icma.az
close
up
RU
İranda yeni ali rəhbər seçildi: Bu seçim regiona nə vəd edir?

İranda yeni ali rəhbər seçildi: Bu seçim regiona nə vəd edir?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Tofiq Abbasov: “Xameneyi sağ olsaydı, heç vaxt Müctəba Xamenei İranın ali dini rəhbəri olmazdı”

İranın ali dini rəhbərliyi ətrafında baş verən son proseslər regionda diqqətlə izlənilən siyasi hadisələrdən birinə çevrilib. Yeni liderin müəyyənləşdirilməsi yalnız ölkədaxili siyasi balans baxımından deyil, həm də Yaxın Şərqdəki geosiyasi münasibətlərə mümkün təsirləri ilə müzakirə olunur. Bu dəyişiklik, eyni zamanda, İranın xarici siyasət kursunun gələcək istiqamətləri barədə müxtəlif ehtimalları gündəmə gətirir. Xüsusilə qonşu dövlətlərlə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ekspertlərin diqqət mərkəzindədir. Mövcud şəraitdə regionda sabitlik və dialoq məsələsi daha da aktuallaşır.

Moderator.az mövzu ilə bağlı məsələlərin siyasi və regional tərəflərini daha ətraflı dəyərləndirmək üçün politoloq Tofiq Abbasovun fikirlərimi öyrənib. 

Politoloq bildirdi ki, Müctəba Xameneinin seçilməsi, əgər atasının belə faciəvi ölümü olmasaydı, heç vaxt baş tutmazdı:

"Hətta əgər Əli Xamenei sağ ikən seçkilər keçirilsəydi, əmin edirəm ki, seçilən şəxs Müctəba olmazdı. Lakin bu, indi İran xalqının və Amerika Birləşmiş Ştatlarının reaksiyası qarşısında verilən özünəməxsus bir cavabdır. Müctəbanın seçilməsi, ABŞ prezidentinin mövqeyinə verilmiş tutarlı cavabdır:

İran bildirir ki, siyasi qüvvələr, elitalar və dini qruplar birmənalı şəkildə göstərirlər ki, ölkənin daxili işlərinə heç kəs qarışa bilməz və İranın daxili gündəmində olan məsələlər xarici qüvvələrin səlahiyyətində deyil. Donald Tramp nə istəyirsə, deyə bilər. Ola bilsin ki, onu Venesuela ssenarisi arxayın salmışdı. O düşünürdü ki, İranda yüngül şəkildə dəyişiklik olacaq, məsələlər həll ediləcək, İran neftinin açarlarını əlinə alacaq və bununla da iş bitəcək. Ancaq bu belə deyil. İran milləti, xalqı artıq göstərib ki, onlar ən pis ssenariyə belə hazırdır.

 ABŞ bildirir ki, biz müharibəni başlamamışıq, İran nizamlı hücüm etməyə hazırlaşırdı. Düzdür, bu təsdiqini tapmayıb.
 İran tərəfi isə deyir ki, müharibəni biz başlamamışıq, amma onu bitirən biz olacağıq. İndi zaman göstərəcək ki, həqiqətən də kim öz dediklərinə daha çox sadiq qalacaq. Məsələ burasındadır ki, müharibənin uzanması həm Amerika, həm İran, həm də İsrail üçün yaxşı nəticə gətirmir. Dağıntılar və ölümlər artır, infrastruktur məhv olur və bu, yalnız böhranın dərinləşməsinə səbəb olur".

Tofiq Abbasov vurğulayıb ki, Müctəba Xameneinin Azərbaycanla bağlı fəaliyyətində heç bir qərəz, ziddiyyət və ya nifrət yoxdur:

“Çünki Azərbaycan ümumiyyətlə İranla bağlı heç vaxt aqressiv siyasət yürütməyib. Bizim heç bir qonşuya qarşı aqressiv davranışımız olmayıb. Ermənistanla bağlı vəziyyət isə daha çox Ermənistanın özünün yanlış və dağıdıcı siyasətinin yaratdığı reallıqdır. Azərbaycan dəfələrlə bildirib ki, biz yalnız və yalnız qonşularımızla sülh, sabitlik və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Əgər etimad mühiti varsa, biz onun istehsalçısıyıq və onu quran da bizik. İran tərəfdən heç bir siyasətçi və ya qurum deyə bilməz ki, Azərbaycan tərəfindən onlara qarşı mənfi addım atılıb və ya atılacaq. Əksinə, biz İran tərəfindən müəyyən mənfi addımların şahidi olmuşuq və bildirmişik ki, bu, bizim yanaşmamıza adekvat deyil. İran tərəfi nə qədər tez bu nifrət və inkar siyasətindən geri çəkilsə, xalqlarımız üçün bir o qədər yaxşı olar”.

Abbasov əlavə edib ki, son hadisələr də göstərir ki, Azərbaycan tərəfi İranla dialoq mühitinə can atır və biz buna həmişə hazır olduğumuzu nümayiş etdiririk:

"Çünki biz qonşuyuq və normal inkişaf edən münasibətlər yalnız xalqlarımıza rifah, sabitlik və əmin-amanlıq gətirə bilər. Bundan kim narahat ola bilər? Yalnız qeyri-normal düşüncəyə malik olan qüvvələr. Normal insanlar isə heç vaxt qarşıdurma siyasətinə üstünlük vermirlər, əksinə mövcud ziddiyyətləri dialoq yolu ilə aradan qaldırmağa çalışırlar. Biz də məhz bu yolun tərəfdarıyıq. İnanıram ki, İranın yeni ali dini rəhbəri də bu reallıqları yaxşı bilir. Çünki onun atası da bu vəziyyət və reallıqla tanış idi. İran tərəfindən bəzən Azərbaycana yönələn “zəhərli oxlar” isə həmişə yersiz olub və ünvanı səhv seçilmiş addımlar kimi görünür. Rəsmi Bakının və Prezident İlham Əliyevin də yanaşmaları sağlam mövqedən xəbər verir. Biz yüksək səviyyəli dialoqa, danışıqlara və görüşlərə hazırıq".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Mart 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri