İranda yeni reaktiv mühərrikli “Şahed 161” pilotsuz təyyarəsi sınaqdan keçirilib
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Bölməsinin mütəxəssisləri yeni “Şahed-161” kəşfiyyat pilotsuz təyyarəsini reaktiv mühərriklə sınaqdan keçiriblər.
Doğru.az xəbər verir ki, bu barədə Tehran Times nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, “Şahed-161” bir neçə il əvvəl təqdim olunsa da, iranlı alimlər və mühəndislər onun üzərində işləməyə, texniki imkanlarını və innovativ xüsusiyyətlərini təkmilləşdirməyə davam edirlər.
Sınaq uçuşu SEPAH Aerokosmik Qüvvələrinin nailiyyətlərinin sərgisi zamanı həyata keçirilib. Təyyarənin mühərriki həmin tədbirdə işə salınıb.
Məlumata görə, “Şahed-161”in uçuş məsafəsi 150 km, uçuş müddəti iki saat, maksimal uçuş hündürlüyü isə 8 km-dir.
Xatırladaq ki, fevral ayında İran pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş “Şəhid Bağeri” adlı təyyarədaşıyan gəmini də istismara verib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Noyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















