Icma.az
close
up
RU
İrandakı azərbaycanlılar etiraza qalxmalıdır

İrandakı azərbaycanlılar etiraza qalxmalıdır

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

 Ötən ilin dekabrın 29-da Ərdəbildə İranın Ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısı İlham Əliyevə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr səsləndirilib. Yaxın Şərqdə ağır məğlubiyyətə uğrayan və Suriyadan biabırçı şəkildə qaçmağa məcbur olan Tehran rejimi bu cür davranışları ilə bir növ daxili auditoriyanın fikrini başqa istiqamətə yönəltməyə və öz biabırçı məğlubiyyətini gizlətməyə çalışır. Ərdoğanın isə hədəf seçilməsi Türkiyənin Suriyadakı mövqelərinin güclənməsindən və İran hərbçilərinin bu ölkədən qaçması ilə bağlıdır. İran Suriyada Türkiyənin təsir riçaqlarının güclənməsi və əsas söz sahibinə çevrilməsini həzm edə bilmədiyi üçün bu cür iyrənc yola əl atıb. Amma Tehran rejimi anlamalıdır ki, Suriyada Türkiyə tək deyil və Azərbaycanda qardaş ölkənin yanındadır. Bunu bir neçə gün bundan öncə İlham Əliyevin Ərdoğana telefon zəngi və söhbət zamanı Azərbaycanın Suriyada Türkiyənin yanında olması fikirləri də sübut edir. Çox ehtimal ki, iki liderin Suriya ilə bağlı mövqeyi Tehran rejimində qıcıq yaradıb. Bundan əlavə, İlham Əliyevin sərgilədiyi siyasət və regionda Azərbaycanın söz sahibinə çevrilməsi İran rejimini narahat etməyə bilməz. Fars mollaları dövlət başçısının ünvanına tərbiyəsiz ifadələr işlətməklə İlham Əliyevin nüfuzuna xələl gətirməyə çalışır. Çünki Tehran rejimi Azərbaycan liderinin praqmatik, çevik siyasətini həzm edə bilmir və qətiyyətli mövqeyindən hər zaman narahat olur. Amma İran nə qədər də bu cür iyrənc yollara əl atmağa çalışsa da onların bütün arzuları puça çıxmış olacaq. Çünki Azərbaycan xalqı İlham Əliyevin siyasətini dəstəkləyir və hər zaman öz liderinin arxasındadır.
Əslində iranlı molla bu cür qeyri-etik ifadələrlə təkcə Azərbaycanda yaşayan soydaşlarımızı yox, bütün dünya azərbaycanlılarını aşağılayıb.Ameli unudub ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır və bu ölkədə ciddi narahatlıq doğura, hətta hakimiyyətə qarşı ciddi etirazlara səbəb ola bilər. Hər kəsə məlumdur ki, fars molla rejimi hər zaman Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı basqı altında saxlayır və onların haqqlarını tapdalayır. Tehran rejiminin dekabrın 29-da isə səsləndirdiyi qeyri-etik ifadələr əslində bardağı daşıran son damla oldu və cənubda yaşayan soydaşlarımızın da ciddi etirazlarına səbəb ola bilər. Getdikcə azğınlaşmağa başlayan molla rejimi bu cür davranışlarına görə Azərbaycan xalqından və onun dövlət başçısından üzr istəməli və iki ölkə arasındakı körpüləri daha da yandırmamalıdır.
Xatırladaq ki, məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılıb. Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

Görünən odur ki, fars molla rejimi düşdüyü ağır vəziyyətdən və Yaxın Şərqdəki biabırçı məğlubiyyəti ört-basdır etmək üçün bu yolu seçib. Amma Tehran rejimi anlamalıdır ki, bu onlar üçün çıxış yolu deyil, əksinə bu cür davranışları ilə iki ölkə arasındakı münasibətləri daha da baltalayacaqlar. İran hələ də anlamaq istəmir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir dövlət tutduğu mövqedən geri çəkə bilməz.
Qeyd edək ki, tanınmış media mənsubu, Azərbaycanın əməkdar jurnalisti Azər Həsrət də hətta bu rejimə qarşı İranda yaşayan azərbaycanlıları açıq etiraza səsləyib. O, özünün sosial media hesabında video paylaşıb və məsələyə belə münasibət bildirib: "İrandakı “din adamları”nın bu cür tərbiyəsizlikləri ilk dəfə yaşanmır və onlar din adı altında bu cür qeyri-etik davranışlar sərgiləyir. Ona görə də Cənubi azərbaycanlı bacı və qardaşlarımız hərəkətlənməlidir və farsların əlaltısı kimi yaşamaqdan qurtulmalıdır. Bununla da İranın cənubunda müstəqil bir türk dövləti yaradılmalıdır. Bu prosesi sürətləndirmək üçün Cənubdakı soydaşlarımız ayaqlanmalı və bu işi gecikdirilməməlidir",- deyə Azər Həsrət vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://missiya.az
archiveBu xəbər 02 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri