Icma.az
close
up
RU
İrandakı türkofoblar niyə narahatdır? Deputatdan CAVAB

İrandakı türkofoblar niyə narahatdır? Deputatdan CAVAB

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1 yanvar 2025-ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı, 29 dekabr 2024–cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. 

Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Suriyada iflasa uğrayan İranın Türkiyə və Azərbaycan liderlərinə qarşı aksiya təşkil olunmasının əsas səbəbi bəllidir:

"Azərbaycandan ilk yardım karvanı Suriyaya yetişər-yetişməz İrandakı türkofoblar narahat olmağa başladılar. Onların narahatlığı əslində Türkiyə ilə Azərbaycanın Suriyada birgə fəaliyyətə keçməsi oldu. Qarabağ Zəfərindən sonra İran davamlı şəkildə ölkəmizi təhdid edirdi. Qarabağda da, Suriyada da uduzdu deyə, Azərbaycan və Türkiyədən guya qisas almaq qərarına gəldi. Özü də antitürk qüvvələrin “qəzəbli aksiyaları” nədənsə elə məhz türklərin yaşadığı bölgədə “baş qaldırır”. Sonuncu aksiya, Türkiyə və Azərbaycan liderlərinə qarşı çıxışların səsləndiyi şou isə Ərdəbildə təşkil edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Türkiyə Prezidebti cənab Rəcəb Tayyib Ərdoğana qarşı keçirilən aksiya İran Dövlət Televiziyasında yayımlanıb. Bu, tədbirin təşkilatçılarının kim olduğunu aydın göstərir. “Çaldıran şəhidləri və dirəniş şəhidləri anma tədbiri”- məzmunu çox maraqlıdır. Səfəvilər niyə? Həm də məhz Ərdəbildə. Sözsüz ki, İran Dövlət Televiziyasının təqdimatı məkrli niyyətlərdən qaynaqlanır və ən yüksək səviyyədə dəstəkləndiyi də məlumdur. 

Bir müddət öncə Seyid Amuli prezident Pezeşkiana Bakıya, COP29-a gəlmədiyinə görə təşəkkür etmişdi.

Tutaq ki, Azərbaycanın İsraillə münasibətləri Amulinin və digər şovinistlərin xoşuna gəlmir. Bəs onda Türkiyəyə qarşı iddiası nədir? Rəcəb Tayyib Ərdoğan İsrailin bölgədəki siyasətinə, hərbi əməliyyatlarına qarşı sərt və prinsipial şəkildə dayanıb. Prezident cənab İlham Əliyevin Fələstin məsələsinin iki dövlət prinsipi ilə həll olunması zəruriliyi barədə qətiyyətli mövqeyini unudurlar. Azərbaycan dövlətinin Fələstinə humanitar yardım göstərməsini də yada salmaq istəmirlər".

O qeyd edib ki, Ərdəbildə, Azərbaycan üçün müqəddəs məkanların birində anti-Türkiyə, anti-Azərbaycan aksiyası təşkil etməklə guya bizi “ürəyimizdən vurmaq” istəyiblər:

"Amma mənasız cəhddir. Biz cənublu qardaşlarımızın səsini, harayını eşidirik. Ərdəbildəki səs onların səsi deyil. Özü də bu şou Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində təşkil olunub, bununla guya birliyimizi sarsıdacaqlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 50 milyonluq azərbaycanlının prezidenti olması, İranda 40 milyon soydaşımızın ana dilində təhsil ala bilmədiyi haqda dedikləri, yəqin, onlara çox təsir edib. Görünür, Azərbaycan Prezidentinin regionda, xüsusilə Cənubi Azərbaycanlılar arasında artan nüfuzu İranı ciddi şəkildə narahat edir. Onlar Azərbaycanı imperiya əsarəti altında görməyə alışıblar. Ancaq unudurlar ki, “çərxi fələk tərsinə dövran edir indi”. Əgər bu cür addımlar İrana qarşı atılsaydı, artıq böyük qalmaqal yaradardılar. Bəs cənab Prezidentə qarşı bu təhqirlər səsləndiriləndə niyə susurlar? Artıq şübhə doğurmur ki, bu, elə onların öz təşkil etdikləri bir oyundur.

Özü də “etiraz aksiyası” Azərbaycan-İran münasibətlərindəki əlaqələrin bərpasına yönəldiyi dövrdə baş verir. Son vaxtlarda iki ölkə hərbçiləri birgə təlimlər keçirdi, rəsmilər qarşılıqlı səfərlər etdilər, Misirdə Azərbaycan G-8-ə yekdilliklə üzv qəbul edildi. Pezeşkianın da səs verdiyi bir nəticə əldə olundu və Prezident Ərdoğan Azərbaycanın üzvlüyünü quruma əlavə güc qatacaq qərar kimi yüksək dəyərləndirdi. Amma ardınca İranda anti-Azərbaycan, anti-Türkiyə “hərəkatı” başlayır, özü də Səfəvilər xatırladılaraq. Məkrli niyyət ortadadır. “Bir millət, iki dövlət”i bölmək üçün “tarixə istinad” edirlər guya. Ancaq onlar Azərbaycan və Türkiyə qardaşlığının Çanaqqalada, Bakıda, Şamaxıda, Qarabağda dəfələrlə sınaqdan keçdiyini unudurlar. Cənublu qardaşlarımızın tarixini də bir yada salsalar yaxşı olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri