Icma.az
close
up
RU
İrandan 4 fərqli mesaj: Tehran nə istəyir? ŞƏRH

İrandan 4 fərqli mesaj: Tehran nə istəyir? ŞƏRH

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

İranla Azərbaycan arasında 12 günlük müharibədən sonra yaranmış soyuq münasibət yenidən ddüzəlməyə başlayıb.

Tribunainfo.az xəbər verir ki, hər iki ölkənin başçılarının ciddi səyləri nəticəsində gündəmə gətirilmiş əsasız ittihamlar ortadan qalxıb.

Lakin İrandakı bəzi siyasi dairələrin anti-Azərbaycan mövqeyi hələ də qalmaqdadır. Ötən gün İran prezidenti Məsud Pezeşkian Gilana etdiyi səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında Azərbaycana qarşı irəli sürülmüş əsasız ittihamları təkzib edib: “Qonşu ölkələrlə İsrail arasında hərbi əməkdaşlıq iddiaları İranın təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib. Bununla bağlı sübut yoxdur. Qonşu ölkələrdən Azərbaycan İsrailin hərəkətini qınayan və bizə humanitar yardım təklif edən ilk ölkə olub”.

Amma görünən odur ki, İrandakı bəzi dairələr sakit oturmaq, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə qalmasında maraqlı deyil. Məsələn, İran Ticarət Palatasının sabiq sədri Hüseyn Selahvərzi Pezeşkiyanın Azərbaycana tez-tez səfər etməsindən narahat olub. “Sizə elə gəlmirmi ki, hörmətli prezidentin Azərbaycana səfərlərinin və bu ölkə ilə təmaslarının sayı iki ölkə arasında əlaqələrin adi səviyyəsindən çoxdur? Yaxşılıq həddən aşanda, nadan pis xəyallara düşür”.

Bunun ardından SEPAH-a bağlı “Bultan News” saytı da Pezeşkinaın Xankəndinə səfərinə reaksiya verib. Sayt yazıb: “Pezeşkian Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü yaradıb. Azərbaycan İsrailin hərbi və kəşfiyyat tərəfdaşıdır. Bakı “Mossad”a öz ərazisində fəaliyyət imkanı verir və müqavimət oxuna qarşı çıxır. Xankəndiyə səfər İranın Bakı ilə bağlı diplomatik mövqeyini sərt şəkildə ifadə etməsi üçün bir fürsət olmalı idi, ancaq bu baş vermədi”.

Tribunainfo.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübahni də yenidən “efirə” çıxıb. O, Xankəndidə imzalanan kommunikeni tam qəbul etmədiklərini vurğulayıb. O bildirib ki, həmin sənəddə guya, Ermənistanın ərazi bütövlüyünün pozulmasına hesablanıb. “Kommunikenin bəzi müddəaları İranın mövqeyinə uyğun gəlmir. İran bu bəyanatla bağlı rəsmi məktubla İqtisadi Əməkdaşlıq Təşkilatına öz ehtiyatlarını bildirib. Bu bəyanat yalnız sammitin təşkilatçısının fikirlərini əks etdirir”.

Məsələni Tribunainfo.az üçün şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu deyib ki, İranın bu davranışı yeni deyil. Onun sözlərinə görə, Tehranın bu gün dediklərini sabah təkzib etmək problemi yoxdur. “Bu ölkənin siyasi quruluşu elədir ki, orada prezidentin neçənci dərəcədə olması bəlli deyil. O qədər bir birinə nəzarət edən və ya daha üst məqamlar var ki, birinin dediyini digərinin qulağı eşitmir”.

O qeyd edib ki, Azərbaycana qarşı İranda xüsusi qrup var. O vurğulayıb ki, 12 günlük müharibə həmin qrupun fəallaşması üçün imkan yaratdı. “Həmin qrup bəlli dairələrdən maliyyələşən və sifariş alanlardan təşkil olunub. Özlərini “erlm xadimi”, “politoloq” kimi təqdim edərək, əsl sifətlərini gizlədən bu adamların başlıca hədəfi Azərbaycanla İran arasında münasibətlərin heç vaxt yaxşı olmamasıdır. Elə bu səbəbdəndir ki, İranda prezident Pezeşkianın münasibətləri normallaşdırmaq üçün atdığı addımları qəbul etmirlər və buna qarşı kampaniya aparırlar”.

Fəraməzoğlu onu da deyib ki, Xankəndidə keçirilən tədbir həmin anti-Azərbaycan qruplarına “od qoyub”. “Bu qruplar uzun illər işğal altında olan Qarabağdan faydalanıblar. Həm maddi, həm də siyasi olaraq. Onlar Ermənistana dəstək verməklə Azərbaycanın bir hissəsinin işğal altında qalmasında maraqlı olublar. Çünki Qarabağın işğal altında qalması Azərbaycanın bütöv olmasını əngəlləyən, onun suverenliyinin tam bərpa olunmaması demək idi. Amma Azərbaycan Ordusu bunu bərpa etdi. İndi həmin qruplaşmalar əllərindən çıxan həmin imkanları kompensasiya etmək üçün birbaşa Bakıya hücuma başlayıblar”.

Siyasi ekspert onu da deyib ki, İranda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həmin qruplaşmalar ləğv edilməyənə qədər belə məntiqsiz və axmaq yanaşmalar davam edəcək. “Özlərini “İranşəhr” qrupu kimi təqdim edən bu ağılsızlar dəstəsi üçün geniş meydan açanlar var. SEPAH və ona bağlı qrupların ciddi dəstəyini alan bu adamlar, Azərbaycanı öz əraziləri hesab edir və “tarixi ədalət”in bərpasını istəyirlər. Onların qərəzli və düşmən mövqedə dayanmasını təsdiq edən bircə fakt kifayət edir. Məsələn, “tarixi ədalət” dedikdə, həmin dəstə “Azərbaycan İranın bir parçası olub, ruslar tərəfindən əlindən alınıb” kimi təqdim edirlər. Və iddia edirlər ki, guya, “İran həmin torpaqları geri qaytarmalıdır”. Amma bu yanaşma birbaşa Azərbaycana qarşıdır. Analoji addım nə Ermənistana, nə də Gürcüstana qarşı atılmır. Halbuki onların “məntiq”inə görə, Gürcüstan və Ermənistan da “Iranın bir parçası”dır. Aydın məsələdir ki, bu adamların dərdi Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğudur. Və bu mövcudluq onları hələ çox-çox uzun illər narahat edəcək”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri