Icma.az
close
up
RU
Armen Qriqoryanın Tehran səfəri: İran nə istəyir? (ŞƏRH)

Armen Qriqoryanın Tehran səfəri: İran nə istəyir? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Əli Laricani tərəfindən Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin İrana dəvət olunması heç də təsadüfi hal deyil. Bu səfər İranın Cənubi Qafqaz bölgəsində baş verən prosesləri nəzarətdə saxlamaq istəyindən qaynaqlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İran Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricaninin dəvətilə Tehrana səfərini şərh edərkən deyib. 

"Tehran Zəngəzur dəhlizi ilə bağlı müzakirələri diqqətlə izləyir və dəhlizin kim tərəfindən, hansı şərtlərlə və hansı beynəlxalq aktorların iştirakı ilə fəaliyyət göstərəcəyinə dair suallara cavab axtarır. Çünki bu dəhlizdə Amerika şirkətlərinin yerləşdirilməsi məsələsi gündəmdədir ki, bu da İranın təhlükəsizlik konsepsiyasına birbaşa təsir edəcək həssas məqamdır. Tehran üçün əsas məsələ - prosesin onun sərhədlərinə və regional təsir imkanlarına nə qədər risk gətirəcəyini əvvəlcədən müəyyən etməkdir", deyə ekspert bildirir. 


Konfliktoloq qeyd edir ki, İran prezidenti və onun komandası Zəngəzur dəhlizinin fəaliyyətini ideal bir perspektiv kimi deyil, mövcud geosiyasi reallığın labüd nəticəsi kimi qəbul edirlər: 

"Məsud Pezeşkianın İrəvandakı səfərindən sonra Ermənistan təhlükəsizlik rəhbərinin Tehrana dəvət edilməsi də sübut edir ki, İran hadisələrin gedişatını sadəcə müşahidə etmir, həmçinin prosesin əsas istiqamətlərini nəzarət altında saxlamağa çalışır. İran dövlət rəhbərliyi, xüsusilə prezident və onun komandasının yanaşması daha praqmatikdir. Bu yanaşma isə, İranın həm Azərbaycan, həm də Ermənistanla balanslı münasibətlərini qorumaq cəhdini əks etdirir. Bununla yanaşı, İran dini rəhbərliyi və onun ətrafında formalaşmış mühafizəkar qüvvələr məsələyə daha fərqli baxır. Onlar dəhlizin fəaliyyətini potensial təhlükə kimi görür və prosesi mütləq nəzarət altında saxlamağın zəruriliyini vurğulayırlar. Beləliklə, İran daxilində iki yanaşma mövcuddur: praqmatik və çevik mövqe tutan dövlət rəhbərliyi, və daha ideoloji yanaşan, milli təhlükəsizlik məsələlərində sərt xətti müdafiə edən mühafizəkar dairələr".

Azər Hüseynov deyir ki, dəhliz məsələsində İranda mühafizəkarlarla prezidentin komandası yalnız bir məqamda ortaq bir nöqtədə birləşiblər. Bu da İranın bölgədə gedən prosesləri kənardan izləmək deyil, birbaşa təsir göstərmək xəttini seçməsilə bağlıdır: 

"Bu siyasətin davamlılığı Tehranın Cənubi Qafqazda geosiyasi balansı qorumaq niyyətini göstərir. İran Zəngəzur dəhlizi məsələsində həm ABŞ və Qərbin bölgədəki hərbi-iqtisadi iştirakını məhdudlaşdırmaq, həm də Azərbaycan–Ermənistan münasibətlərində özünü vacib tərəf kimi təsdiqləmək istəyir".

Qeyd edək ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın milli təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricaninin dəfətilə Tehrana səfər edib. Erməni mətbuatının yazdığına görə, səfər çərçivəsində bir sıra işgüzar görüşlər nəzərdə tutulub. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri