İrandan ABŞ nin razılaşma təklifinə Cavab
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ-nin 15 maddədən ibarət təklifinə rəsmi cavab göndərib.
Hurriyyet.az xəbər verir ki, bu barədə etibarlı mənbədən "Tasnim"ə məlumat daxil olub.
Bildirilib ki, cavab gecə saatlarında göndərilib və Tehran hazırda Vaşinqtondan cavab gözləyir.
İran münaqişənin sona çatması üçün bir sıra şərtlər irəli sürüb. Bunlara qətllərin və hücumların dayandırılması, həmçinin müharibənin təkrarlanmayacağına dair zəmanətlər daxildir.
Tehran müharibə nəticəsində dəymiş ziyanın kompensasiyasının aydın şəkildə müəyyənləşdirilməsini və təmin edilməsini, eləcə də, münaqişənin bütün cəbhələrdə başa çatmasını tələb edib.
İran Hörmüz boğazı üzərində suverenliyinin "təbii və hüquqi haqq" kimi tanınmalı olduğunu da vurğulayıb. Həmçinin ABŞ-nin niyyətlərinə şübhə ilə yanaşaraq bildirib ki, İran Vaşinqtonun danışıqlarla bağlı çağırışlarını "aldadıcı" hesab edir və bunun bir neçə məqsədə xidmət etdiyini düşünür.("Qafqazinfo")
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 Mart 2026 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















