Icma.az
close
up
RU
İran bombalanır, Azərbaycana qaçqın axını gözlənilir AÇIQLAMA

İran bombalanır, Azərbaycana qaçqın axını gözlənilir AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında artan hərbi-siyasi gərginlik regionda təhlükəsizlik balansını daha da ciddi vəziyyətə salıb. Hərbi əməliyyatların genişlənməsi ehtimalı və böyük güclərin prosesə birbaşa cəlb olunması təkcə Yaxın Şərq üçün deyil, bütövlükdə daha geniş coğrafiya üçün ciddi risklər yaradır. Belə bir şəraitdə region dövlətləri üçün mümkün nəticələr xüsusi aktuallıq kəsb edir. O cümlədən, Azərbaycan baxımından da vəziyyət diqqətlə qiymətləndirilir. Xüsusilə humanitar aspekt - mümkün qaçqın və miqrasiya axını ehtimalı, sərhəd təhlükəsizliyi, sosial və iqtisadi təsirlər kimi məsələlər gündəmə gələ bilər.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, hücumların İran xalqına qarşı deyil, mövcud rejimə qarşı yönəldiyi iddia olunur.
“İranın ali dini rəhbərliyində təmsil olunan şəxslər, həmçinin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) və Ordu generalları da zərbələrə məruz qalıb. Ali dini lider Ali Xamenei başda olmaqla SEPAH və Ordu rəhbərliyində təmsil olunan bir sıra yüksək rütbəli şəxslərin zərərsizləşdirilib. Bundan sonrakı mərhələdə isə ABŞ-nin müxtəlif ölkələrdə yerləşən hərbi bazaları və İsraili hədəf ala biləcək potensial məntəqələrin daha çox hədəfə götürülür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, istər ABŞ, istərsə də İsrailin əsas məqsədinin İrandakı mövcud rejimin dəyişdirilməsi olduğu bildirilir. Bu dəyişiklik prosesində İran xalqının, eləcə də ölkədə yaşayan müxtəlif millətlərin və ictimai qrupların əsas rol oynayacağı vurğulanır. Bu baxımdan hücumların İran xalqına qarşı deyil, mövcud rejimə qarşı yönəldiyi iddia olunur”. 
Deputatın sözlərinə görə, bununla belə, hərbi əməliyyatlar zamanı dinc əhali arasında itkilərin baş verməsinin qaçılmaz olduğu qeyd edilir:
“Təəssüf ki, artıq ibtidai sinif qızlar məktəbinin vurulduğu və çoxsaylı itkilərin olduğu bildirilir. Lakin dinc əhalinin sıx yaşadığı ərazilərin məqsədli şəkildə hədəfə alınmadığı iddia edildiyindən, genişmiqyaslı qaçqın axınının baş verməyəcəyi ehtimal olunur. Gözlənti ondan ibarətdir ki, mövcud rəhbərliyin əsas fiqurları sıradan çıxarıldıqdan sonra ölkədə rejim dəyişikliyi prosesi başlaya bilər. Bu prosesdə İran xalqının rolunun nəzərə alınacağı və insanların ölkə daxilində qalması, qaçqın həyatı yaşamaması üçün müəyyən tədbirlər əvvəlcədən planlaşdırılır. Bu səbəbdən geniş qaçqın axını olacağı ehtimalını aşağı qiymətləndirirəm”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei 2026-cı il martın 1-nə keçən gecə Tehrandakı iqamətgahına endirilən hava zərbələri nəticəsində həlak olub. Hazırda ölkədə idarəetmə müvəqqəti şura tərəfindən həyata keçirilir və hadisənin dini baxımdan həssas dövrə təsadüf etməsi geniş müzakirələrə yol açıb.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Mart 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri