İrandan bu ölkəyə TƏHDİD MESAJI: “Aslanın dişləri görünsə…”
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Fars körfəzi və Hörmüz boğazı ətrafında son günlər artan gərginlik və qarşılıqlı insidentlər fonunda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ərəb dilində diqqət çəkən mesaj yayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Bəqai paylaşımında yazıb: “Əgər aslanın dişlərinin çıxdığını görsəniz, aslanın gülümsədiyini düşünməyin”.
Məlumata görə, bu açıqlama Hörmüz boğazında və Fars körfəzində baş verən qarşılıqlı toqquşmalar, həmçinin BƏƏ ərazisinə yönəlik hücum iddiaları ilə bağlı gərginliyin artdığı dövrə təsadüf edir.
Son günlər Fuceyrə limanı və BƏƏ-nin digər bölgələrinə edilən hücum iddiaları, eləcə də bölgədə raket və dron qarşıdurmaları regional təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 May 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















