Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

İrandan nə alıb, ona nə satırıq? 647 milyon dollarlıq ticarət dövriyyəmiz var

İrandan nə alıb, ona nə satırıq? 647 milyon dollarlıq ticarət dövriyyəmiz var

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Vüqar Bayramov: “İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb”

İranda baş verən hadisələrin region ölkələrinə, xüsusən, 600 kilometrdən çox quru sərhədə malik Azərbaycana da təsir edəcəyi gözləniləndir. Xüsusən, qonşu ölkədə ağır sosial-iqtisadi problemlər, milli valyutanın dəyərinin avro və dollar qarşısında sıfırlanması, etirazlar nəticəsində dövlət hakimiyyətinin iflic olması və s. amillər təsridicidir.

Deputat Vüqar Bayramov bu təsirin əhatə dairəsini müəyyən etmək üçün ikitərəfli iqtisadi əlaqələrə diqqət çəkib. O bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki ilə nisbətən 25 faiz artaraq 647 milyon dollara çatıb. 2023-cü ildə bu göstərici 487 milyon dollar idi. 2025-ci ilin ilk 10 ayında isə ölkələr arasında 510 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb.

Deputatın sözlərinə görə, rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2024-cü ildə 647 milyon dollarlıq dövriyyənin 633 milyonu İrandan idxal hesabına formalaşıb.

“2025-ci ilin ilk 10 ayında isə İran ilə olan 510 milyon dollarlıq dövriyyəmizin 502 milyon dolları cənubdan məhsul gətirmək hesabına formalaşıb. Həmin müddətdən cənub qonşumuza sadəcə 8 milyon dollarlıq məhsul ixrac edə bilmişik. Bu isə o deməkdir ki, İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb”, - qeyd edib.

Deməli, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. V.Bayramovun sözlərinə görə, bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq: “İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır.Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir”.

İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər?

İqtisadçı vurğulayır ki, əgər İranın ixrac imkanları məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycan İrandan təzə və ya qurudulmuş portağal (10.0 milyon dollar), qida üçün yararlı duz (9.7 milyon dollar), badımcan (7.4 milyon dollar), bibər (7.0 milyon dollar), kərə yağı (6.9 milyon dollar), peçenye (6.7 milyon dollar), soğan (6.1 milyon dollar), kartof (5.9 milyon dollar), yerkökü (5.1 milyon dollar), xurma (4.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (3.4 milyon dollar), təzə və ya soyudulmuş alabalıq (3.1 milyon dollar), sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar (2.6 milyon dollar), kivi (2.4 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Deputat bildirib ki, bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb: “Sözügedən müddətdə İrandan azot (68,4 milyon dollar), arqon (48.6 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (17.5 milyon dollar), kvarsit (14.5 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (12.3 milyon dollar), ağ portlandsement (8.1 milyon dollar), təbii barium sulfatı (9.4 milyon dollar),hipoxloritlər, xloritlər və hipobromitlər (5.9 milyon dollar), natrium-hidroksid, kaustik soda (5.0 milyon dollar), dinatrium karbonat (4.7 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub”.

Göründüyü kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. İqtisadçı hesab edir ki, bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.

“Bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Çünki, Azərbaycanın illik idxalının 3.0, ərzaq idxalının isə cəmi 2,7 faizi İranın hesabına formalaşır. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır”, - V.Bayramov yekunlaşdırıb.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri