Icma.az
close
up
RU
Birləşmiş Ərəb Əmirliyindən nə alıb, ona nə satırıq? İki dəfəyə yaxın artım, 40 milyon dollarlıq müsbət saldo var...

Birləşmiş Ərəb Əmirliyindən nə alıb, ona nə satırıq? İki dəfəyə yaxın artım, 40 milyon dollarlıq müsbət saldo var...

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin son illər daha da dərinləşməsi müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub

“AzPolitika” bildirir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmirdi: 

“Bu ilin ilk 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 147 milyon 490 min dollara çatıb. Bu isə o deməkdir ki, Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi bu ilin ilk 10 ayında bütövlükdə 2024-cü ilə nisbətən 66 faiz artıb. BƏƏ ilə ticarətdə Azərbaycan 40 milyon dollarlıq müsbət saldoya malikdir. Bu isə BƏƏ-nin qeyri-neft ixracatımızda yeni destinasiyalardan birinə çevrilməkdə olduğundan xəbər verir. Dövlətlərarası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir”. 

İqtisadçı hesab edir ki, qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bu ilin ilk 10 ayında 2 milyard 988 milyon dollarlıq qeyri-neft qaz ixracatının 3.1 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb.

V.Bayramovun sözlərinə görə, bununla yanaşı, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir: 

Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir. Son illər Azərbaycan yaşıl enerji sektoruna 1 milyard dollardan çox sərmayə yönəldib. Bu investisiyaların əhəmiyyətli hissəsi körfəz dövlətlərinin payına düşür. Bu baxımdan, alternativ mənbələrdən enerji istehsalında Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir”.

Deputat onu da qeyd edib ki, BƏƏ Azərbaycanın işğaldan azad olunan ərazilərinə sərmayə yönəltməkdə maraqlı olan dövlətlərdəndir. Bu sahədə də əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Bu Qarabağın iqtisadiyyatın inkişafı və re-inteqrasiyası prosesində BƏƏ-nin rolunu daha da artıra bilər.

Bütövlükdə, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliyinə səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq”, - vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri