Icma.az
close
up
RU
ABŞ dən nə alıb, ona nə satırıq? Deputat açıqladı

ABŞ dən nə alıb, ona nə satırıq? Deputat açıqladı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına rəğmən ölkəmiz okeanın o biri tərəfindən daha çox mal idxal edir.

“Belə ki, 2024-cü ildə Azərbaycanda ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik”, - o, əlavə edib.

İqtisadçının sözlərinə görə, bütün bunlar ilə yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb: “Yəni ixracatımızın az olmasına baxmayaraq artım dinamikası çox yüksəkdir. Bu iş adamlarımız üçün ABŞ-in yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir”.

Deputat vurğulayır ki, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir. Onun sözlərinə görə, 2024-cü ildə qeyrineft-qazməhsulları üzrə ABŞ-aixracatımız 134 milyon 663 mindollarolub: “Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil”.

Birləşmiş Ştatlara qeyri neft-qaz məhsulları ixracatımıza gəldikdə V.Bayramov qeyd edib ki, 2024-cü ildə dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvanların bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları və digər məhsulları ixrac etmişik.

“Göründüyü kimi, Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük məbləğdə olmasa da belə, mal qrupları üzrə şaxələnib. Deməli, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-a ixracata ciddi təsir göstərməsə də ümumi artım dinamikasına təsir edə bilər. Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər. Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq”, - iqtisadçı yekunlaşdırıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri