Icma.az
close
up
RU
İrandan qayıdan deputat: “Gördüklərim təsəvvürlərimi dəyişdi”

İrandan qayıdan deputat: “Gördüklərim təsəvvürlərimi dəyişdi”

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, İranı əvvəllər ən çox tənqid edən şəxslərdən biri olsa da, Ərdəbilə səfəri zamanı gördükləri ölkə ilə bağlı bəzi təsəvvürlərini dəyişib.

Deputat 25–26 iyul tarixlərində İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində o, Ərdəbil şəhərində keçirilən “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” və “Ərdəbil Həftəsi” münasibətilə təşkil olunan tədbirlərdə, eləcə də bir sıra rəsmi görüşlərdə iştirak edib.

Modern.az-a danışan Ceyhun Məmmədov bildirib ki, səfərdən əvvəl bir çox insan müharibə şəraitində İrana getməyin nə dərəcədə təhlükəsiz olacağı ilə maraqlanırdı:

“Ərdəbildə açıq şəkildə müharibə hiss olunmurdu. Həyat öz axarında davam edirdi. İnsanlar işləyirdi, şəhər canlı idi. Müharibə ab-havası o qədər də hiss olunmurdu. Əlbəttə, insanlarda müəyyən narahatlıq vardı, amma bu, gündəlik həyata təsir etmirdi. Şəhərdə ciddi təhlükəsizlik tədbirləri və ya polis nəzarəti də diqqət çəkmirdi”.

Deputatın sözlərinə görə, səfər zamanı onu ən çox təsirləndirən məqamlardan biri Ərdəbildə yaşayan soydaşların Azərbaycana münasibəti olub:

“Ən çox diqqətimizi çəkən oradakı soydaşlarımızın bizə olan sevgisi və məhəbbəti idi. Kim öyrənirdisə ki, Azərbaycandan gəlmişik, böyük sevgi və hörmətlə qarşılayırdı. Bu, bizdə çox xoş təəssürat yaratdı”.

Ceyhun Məmmədov qeyd edib ki, İran siyasətini illərdir tənqid edən şəxslərdən biri olub və bunun obyektiv səbəbləri var:

“Mən İranın Azərbaycana münasibətini zaman-zaman ən çox tənqid edən şəxslərdən biri olmuşam. Bunun da ciddi əsasları var idi. İran tərəfindən ölkəmizə qarşı müxtəlif addımlar atılıb və Azərbaycan da buna adekvat cavab verib”.

Bununla yanaşı, deputat hesab edir ki, dövlətlərarası münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına uyğundur:

“Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi var. Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. Hesab edirəm ki, nəyin bahasına olursa-olsun, oradakı soydaşlarımızla əlaqələrimizi qorumalı və İranla münasibətləri inkişaf etdirməliyik. İran bizim qonşumuzdur və bizim üçün vacib ölkədir”.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur:

“Ortaq tariximizi, mədəniyyətimizi və dəyərlərimizi bölüşürük. Bu dəyərləri qorumaq vacibdir. Mənim gördüyüm odur ki, İranın daxilindəki reallıq bizə kənardan təqdim olunan mənzərədən müəyyən qədər fərqlənir. Bəzi məsələlər faktlara əsaslanmadan təqdim olunur”.

Deputat vurğulayıb ki, regionda gərginliyin artması hər iki tərəfdə yaşayan azərbaycanlılara zərər vurur:

“Bir tərəfdə bizim soydaşlarımız yaşayır, digər tərəfdə də soydaşlarımız yaşayır. Baş verən hər bir münaqişədən hər iki tərəf əziyyət çəkir. Buna görə də hamımız sülhün və dialoqun qorunması üçün çalışmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri