İrandan Rusiyaya gedən yükdə ŞOK 104 qablaşdırmadan GÖRÜN NƏ ÇIXDI?!
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Rusiya Federasiyasına tranzit daşınan “şaftalı” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkar ediblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılaraq gömrük nəzarətinə cəlb edilib. Marqarita pizza
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Yoxlama zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan baxış nəticəsində gömrük nəzarətindən gizlədilən 104 ədəd “şaftalı” formalı qablaşdırmadan xalis çəkisi 51 kiloqram 906 qram olan narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Sentyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















