Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

İrandan Türkiyəyə daha bir RAKET ATILDI Ankara HƏRƏKƏTƏ KEÇİR

İrandan Türkiyəyə daha bir RAKET ATILDI Ankara HƏRƏKƏTƏ KEÇİR

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Regionda gərginlik sürətlə artarkən İrandan Türkiyə istiqamətində atılan daha bir raket yeni təhlükəli ssenariləri gündəmə gətirib. Türkiyə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqlarının Adıyaman bölgəsində tapılması artıq məsələni təkcə texniki hadisə yox, siyasi və hərbi təhlükəsizlik məsələsinə çevirib. Bu hadisə Ankaranın mümkün cavab addımları barədə müzakirələri də gücləndirib.  

Nocomment.az xəbər verir ki, təhlükəsizlik analitikləri baş verənləri Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirirlər.

İrandan buraxılan raketin Türkiyə hava məkanına daxil olması faktının özü belə Ankara üçün ciddi hərbi və siyasi siqnal hesab olunur. Bu səbəbdən Türkiyənin məsələyə yalnız müdafiə mövqeyindən yanaşmayacağı ehtimalı getdikcə daha çox səsləndirilir.

Türkiyə uzun illərdir ki, öz təhlükəsizlik doktrinasında “təhdidi mənbəyində zərərsizləşdirmək” prinsipinə üstünlük verir. Suriyada PKK və İŞİD mövqelərinə qarşı həyata keçirilən əməliyyatlar da məhz bu strategiyanın nəticəsi idi. Bu baxımdan bəzi analitiklər hesab edir ki, əgər Türkiyəyə qarşı raket hücumları davam edərsə və ya təkrarlanarsa, Ankara İran ərazisində yerləşən müəyyən raket infrastrukturlarını potensial hədəf kimi nəzərdən keçirə bilər.

Türkiyə Silahlı Qüvvələrinin son illərdə qazandığı texnoloji üstünlüklər də bu ehtimalı daha real edir. Ankara həm pilotsuz uçuş aparatları, həm də uzaqmənzilli zərbə sistemləri ilə regionda ən güclü ordulardan birinə çevrilib. Türkiyənin “Bora” taktiki ballistik raketləri, “Akıncı” və “Aksungur” kimi ağır zərbə PUA-ları, eləcə də uzaqmənzilli hava zərbə imkanları potensial olaraq İranın sərhədə yaxın hərbi obyektlərini hədəf almağa imkan verir.

Bununla yanaşı, Türkiyə NATO üzvüdür və bu faktor da vəziyyəti daha həssas edir. Türkiyə ərazisinə yönəlmiş raket hücumu NATO-nun kollektiv müdafiə mexanizmlərini gündəmə gətirə bilər. Bu isə məsələnin artıq yalnız iki ölkə arasında gərginlik deyil, daha geniş geosiyasi müstəviyə keçməsi deməkdir.

Qeyd edək ki, Ankara hazırda hərbi cavabdan əvvəl diplomatik və təhlükəsizlik kanalları vasitəsilə vəziyyəti qiymətləndirir. Lakin Türkiyə rəhbərliyinin son açıqlamaları göstərir ki, ölkə sərhədlərinin və hava məkanının qorunması məsələsində heç bir güzəştə getmək niyyətində deyil.

Prezident Rəcəb Tayyib Ərdoğan da son bəyanatlarında Türkiyənin təhlükəsizlik risklərinə qarşı bütün tədbirləri gördüyünü bildirib. Onun sözlərinə görə, regionda artan gərginlik fonunda Ankara sərhədlərin və hava məkanının qorunması üçün maksimum hazırlıq vəziyyətindədir. Bəzi sensasion ehtimalı da istisna edilmir. Belə ki, əgər İran tərəfindən Türkiyə istiqamətində yeni raket hücumları baş verərsə, Ankara “məhdud preventiv zərbə” variantını gündəmə gətirə bilər. Belə ssenaridə Türkiyənin İranın sərhədə yaxın raket buraxılış mövqelərinə və ya logistika infrastrukturuna qarşı dəqiq zərbələr endirməsi mümkün hesab olunur.

Lakin belə addım regionda vəziyyəti daha da gərginləşdirə və genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Bu səbəbdən Ankara çox ehtiyatlı davranmağa çalışır. Türkiyənin əsas məqsədi bir tərəfdən öz təhlükəsizliyini təmin etmək, digər tərəfdən isə regionda daha böyük müharibənin qarşısını almaqdır. Bütün bunlara baxmayaraq, bir məsələ aydındır: Türkiyə hava məkanına yönələn raketlər Ankaranın “qırmızı xətt”lərindən biridir. Əgər bu cür hadisələr təkrarlanarsa, Türkiyənin daha sərt və gözlənilməz addımlar atması ehtimalı ciddi şəkildə gündəmə gələ bilər. Regionda gərginliyin bu qədər artdığı bir dövrdə isə hər bir yeni hadisə Yaxın Şərqdəki güc balansını dəyişə biləcək domino effekti yarada bilər.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://dogru.az
archiveBu xəbər 06 Mart 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri