Icma.az
close
up
RU
İranı cəzalandırmaq planı qəbul olunarsa, İsrail atəşkəsi pozacaq Politoloq

İranı cəzalandırmaq planı qəbul olunarsa, İsrail atəşkəsi pozacaq Politoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında gözlənilməz irəliləyiş əldə olunub. Belə ki, tərəflər atəşkəs barədə razılaşma əldə ediblər. Razılaşmaya görə, İsrail iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq.

Bu, Yaxın Şərqdə suların durulmasına təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan danışan politoloq Natiq Miri bildirdi ki, atəşkəsin baş tutması üçün bir neçə səbəb var.

"Birincisi, İsrail indiki vəziyyətdə minimum istəklərinə nail ola bilib. Çünki dünənə kimi Livanla sərhəddə Hizbullah ordusu dururdusa, atəşkəs anlaşması ilə Hizbullah ordusu həmin ərazilərdən geri çəkilir və bu ərazidə beş minlik Livan ordusunun qoşunları duracaq. Əks təqdirdə hər hansı bir təxribat və yaxud atəş olarsa, İsrail hərbi əməliyyatları dərhal başladacağını bildirib.

İkincisi, İsrail dövləti indiki vəziyyətdə iki cəbhədə müharibə aparmaq çətinliyi ilə üzləşib. Bir tərəfdə canlı qüvvə itkiləri. başqa bir tərəfdə istifadə etdiyi silahların tədricən tükənməsi məsələsi var. Ona görə də yeni silahların istehsalı və alınmasına ehtiyac var ki, buna da zaman lazımdır. Ona görə də həm "yaralarını sarımaq", həm də toparlanmaq üçün İsraillə belə bir atəşkəsə ehtiyacı var.

Üçüncüsü, İsrail ən azından İranın uzun müddət dəstəkləyib maliyyələşdirdiyi Hizbullah ordusunun da belini qırdı. Hizbullah ordusu başsızlaşdırılıb, yəni bütün rəhbərlik və komandir heyəti tamamilə məhv edilib. İndiki vəziyyətdə Hizbullahın yenidən strukturlaşması və toparlanması bir xeyli zaman alacaq.

Dördüncüsü, Netanyahunun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderi var. Bunun nə qədər Netanyahuya təsir etməyəcəyini bəyan etmiş olsalar da, düşünürəm ki, bu belə deyil. Çünki hər bir halda bu çox ciddi şəkildə Netanyahu üzərində  təzyiq yaradır və beynəlxalq səviyyədə Netanyahunu izalə edir.

Ən nəhayət, sonuncu məsələ həm Livan, həm də HƏMAS-la atəşkəs əldə etmək üçün Amerika Birləşmiş Ştatları xeyli zamandır ki, İsrail hökumətinə təzyiq edir. Netanyahu bununla həm vaxt qazanmaq, həm də Bayden Administrasiyasına kiçik də olsa siyasi dividendlər vermək istədi".

Politoloqun sözlərinə görə, bu kontekstdə HƏMAS-la da müəyyən atəşkəs razılığı əldə edilə bilər. 

"Burada da əsas məqsəd bu atəşkəslə HƏMAS-ın əlində olan bütün girovların azad olunması olacaq. Çünki Netanyahu hökumətinin İsrail xalqına verdiyi bir vəd var. Əslində bu əməliyyat da məhz buna görə başlamışdı. Ancaq bu günə qədər hələ də bu girovlar azad olunmayıb. Ona görə də bu atəşkəsi və perspektivdə ola biləcək HƏMAS-la atəşkəsi də bir taktiki gediş kimi dəyərləndirmək lazımdır. Netanyahunun dostu sayılan Donald Tramp 20 yanvarda and içəcək. O, bu vaxta qədər həm zaman qazanır, həm də dostunun hakimiyyətə gəlməsi ilə mövqelərinin daha da gücləndirməyə çalışır. Çünki Donald Tramp bir tərəfdə Netanyahu hökumətini dəstəkləməklə İsrailin ən yaxın dostu sayılır. Eyni zamanda Donald Tramp həm də İranı özünə düşmən sayan bir dövlət başçısıdır. Ona görə də hələlik Donald Trampın hansı addımlar, qərarlar qəbul edəcəyi bəlli deyil. İndiki vəziyyətdə belə bir atəşkəsin əldə olunması, Netanyahu hökumətinə sərf edir. Ancaq bu uzunmüddətli olmaya da bilər. Gələcəkdə əgər İsrail ABŞ-nin rəhbərlik etdiyi koalisiya tərəfindən ciddi dəstək görərsə və İranı cəzalandırmaq planı qəbul olunarsa, bu atəşkəsi istənilən təxribat vasitəsilə pozmaq o qədər də problem olmayacaq. Ona görə də bu atəşkəsi bir növ kövrək atəşkəs razılaşması kimi dəyərləndirmək olar".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri