Icma.az
close
up
RU
İranı hazırda kim idarə edir?..

İranı hazırda kim idarə edir?..

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran İslam Respublikası İsrail və ABŞ-nin hava hücumlarına məruz qalandan bəri rəhbərlikdə təmsil olunan xeyli vəzifəli şəxsi itirib. Başqa sözlə, 28 fevraldan sonra İran rəhbərliyinin əksər vəzifəliləri öldürülüb. Ölkənin Ali Lideri Seyyid Əli Xamenei elə müharibənin ilk günündə zərərsizləşdirilib.
Bu gün isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürüb. O, Xamenei öldürüləndən sonra faktiki olaraq İran rejiminin rəhbəri kimi fəaliyyət göstərirdi. 
Ölkənin yeni seçilən Ali Lideri Müctəba Xameneinin isə yaralı olduğu və hazırda Rusiyada müalicə aldığı bildirilir. Hazırda İranın idarəçilyi kimin əlindədir, məlum deyil. İran qanunlarına əsasən elə də böyük səlahiyyətlərə malik olmayan prezident Məsud Pezeşkianın təsir gücü böyük deyil. Bu halda İslam İnqailabı Keşikçiləri Korpusu (SEPAH) önə çıxır.
Maraqlıdır, hazırda İranı kim idarə edir?

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, İranda hakimiyyət hazırda bir qrup SEPAH generalının əlindədir:

“Qərarları da onlar verir. Prezidentin səlahiyyəti azdır, Ali Liderin yaralı olduğu ilə bağlı məlumatlar var. Lap Ali Rəhbər sağlam olsa da, onun təcrübəsi, atası qədər nüfuzu yoxdur. Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də öldürülüb. Beləliklə, İranda nəzarət tamamilə SEPAH-ın bir qrup generalının əlinə keçib. Bu İranı daha da təhlükəli edir. Çünki həmin generallar ağına-bozuna baxmadan sağa-sola hücumlar həyata keçirirlər. Alovu ətraf ölkələrə yaymağa çalışırlar. Yəni İranda faktiki hakimiyyət boşluğu mövcuddur. Onsuz da müharibədən əvvəl də hakimiyyət bir neçə mərkəzdən idarə olunurdu. Hakimiyyətdə Ali Lider, səlahiyyəti olmayan prezident, Ali Təhlükəsizlik Şurasının katibi və SEPAH generalları vardı. Digərləri zərərsizləşdirildiyinə və neytrallaşdırıldığına görə, hakimiyyət müharibə dövründə SEPAH generallarının əlində cəmləşib. Amma onların da bir qismi öldürülüb. Onların yerinə də daha aşağı rütbəli zabitlər gəlib. Müharibə bu gün dayansa belə, İranda gələcəkdə çox ciddi hakimiyyət boşluğu və xaos yaranacaq. Onun əlamətləri indi də görünür".

Politoloq xaosun nə ilə nəticələnəcəyindən də danışıb:

"Müharibə bitdikdən sonra, rejim ABŞ-nin şərtlərini qəbul etməsə, yenə etiraz dalğası başladılacaq. İqtisadi vəziyyəti normallaşdırmaq mümkün olmayacaq və İran yeganə gəlir mənbəyi olan nefti sata bilməyəcək. Bu da sosial gərginliyə səbəb olacaq. İndi sosial gərginliyin olmamasının səbəbi müharibənin getməsidir. Müharibə bitdikdən sonra SEPAH generalları idarəetmədə qalacaqlarsa, xaos, mərkəzdənqaçma meyilləri güclənəcək. Bu halda İranın parçalanma ehtimalı artacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri