Icma.az
close
up
RU
İranı kim idarə edir?

İranı kim idarə edir?

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Üzləşdiyi real təhlükənin yaratdığı qorxu hissi və ali dini rəhbərin, yəni ölkənin mütləq səlahiyyət sahibi sayılan siyasi liderin yoxluğu İranda hakimiyyət boşluğunun yaranmasına səbəb olub - deyə bilərik. Bunu da güman edirik ki, ABŞ və İsrail tərəfindən total və intensiv havadan zərbələr alan İranın idarəçiliyi öldürülmüş Ali dini lideri Əli Xameneinin müşaviri, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə prosedur qaydalarına uyğun olaraq həvalə olunsa da, faktiki surətdə hökm sahibi kifayət qədər hərbi gücə malik İnqilab Keşikçiləri Korpusu – SEPAH silahlı qruplaşmasıdır.

Özünün anti-Azərbaycan, anti-Türkiyə fəaliyyəti ilə çoxdan ad çıxarmış məhz bu hərbi-siyasi qurumun qərarı ilə ABŞ-ın Yaxın Şərq ölkələrindəki bazalarını bəhanə gətirərək ərəb-müsəlman ölkələrinə, o cümlədən Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərə yol verməsini də istina etmirik. Hazırkı durumda İran İslam Respublikasının siyasi idarəçiliyi kimə məxsusdur - sualına böyük əminliklə SEPAH cavabını vermək olar. Nəzarətində olan çoxsaylı media resurslarında Azərbaycanda da dini dövlətin qurulmasını təbliğ edən bu hərbi-siyasi qurum ətrafdakı müsəlman ölkələrini hədəfə almaqla, sanki, daxildə üzləşdiyi hakimiyyət boşluğunu, siyasi xaosu “beynəlmiləlləşdirməyə” çalışır.

Amerikanın nüfuzlu “The New York Times” qəzeti İranın iki rəsmisinə istinadən maraqlı məlumat yayıb. Nəşr yazır ki, Vaşinqton və Təl-Əvivin yeni seçiləcək dini liderin də hədəfə alına biləcəyi ilə bağlı bəyanatlarından sonra məhz təhlükəsizlik baxımından Ayətullah Əli Xameneinin xələfinin seçilməsi təxirə düşüb. Çünki öldürülən Ali dini lider Xameneinin xələfinin onun oğlunun ola biləcəyi ilə bağlı yayılan xəbərlərdən sonra ruhani isteblişmentinin narahatlığı birə-beş artıb.

***

Müharibənin ilk günündən İran bəzi analitiklərin “xaosun beynəlmilləlləşdirilməsi” adlandırdığı strategiya nümayiş etdirir. Tehran qəsdən üçüncü ölkələrin ərazilərini - BƏƏ-dəki mülki hava və dəniz limanlarını, Səudiyyə Ərəbistanındakı neft obyektlərini, Qətərdəki LNG terminallarını, Bəhreyn və Küveytdəki yaşayış məntəqələrini hədəfə alır. Burada məqsəd olduqca aydın və məkrlidir: münaqişəyə nə qədər çox ölkə cəlb olunarsa, Vaşinqton və Təl-Əvivə beynəlxalq təzyiqlərin həcmi və kəskinliyi artar. Məhz buna görə İranın pilotsuz təyyarələri, “Şahed” kamikadze dronları Dubaydakı göydələnlərin, Ərəbistan yarımadasındakı neft terminallarının üzərində uğuldayır. Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyinin məlumatında deyilir ki, münaqişənin ilk günlərində Əmirliyə İranın 500-dən çox pilotsuz təyyarəsi yönəldilib. Onlar Dubay Hava Limanına, ABŞ Konsulluğuna, Amazon məlumat mərkəzlərinə və Ras Tanura neft emalı zavoduna zərbələr endirib.

Yaxşı, tutaq ki, Səudiyyə Ərəbistanı Vaşinqtonla strateji tərəfdaşdır, Kiprdə NATO üzvü Britaniyanın hava bazası yerləşir. Bəs Azərbaycan hansı təhlükəni yaradır? Rəsmi Bakı cənub qonşusunun liderinin həlak olmasından kədərləndiyini bildirir, başsağlığı verir, humanitar yardım təklif edir, xarici vətəndaşların münaqişə zonasından, ölkədən çıxması üçün qapılarını açır, İranın maraqlarının toxunulmazlığına zəmanət verir və bütün bunların müqabilində bu qonşu Naxçıvanın hava limanına və məktəbə pilotsuz təyyarə hücumu təşkil edir. Buna nankorluqdan başqa nə ad vermək olar?

Bəli, bu, həm molla-klerikal rejimin nankorluğunun təzahürü, həm də Tehranda hakim elitanın diplomatik sərhəd, siyasi məsuliyyət və elementar insani münasibəti bilməməsinin nümayişidir. Molla rejimindən fərqli olaraq Azərbaycan heç vaxt ikiüzlü siyasət aparmayıb. Rəsmi Bakı ən kritik anlarda belə qonşularını səmimiyyətlə, heç bir altniyyət və xeyirgüdmə hesablaması aparmadan dəstəkləyib. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın mülki hədəflərinə dron hücumunun təşkili güc nümayişi deyil, zəiflik və qorxaqlıq əlamətidir. İran niyə konkret olaraq Naxçıvan hava limanını hədəfə alıb? Çünki başa düşür ki, Azərbaycanın materik hissəsi, faktiki olaraq, Naxçıvan Muxtar Respublikası ilə ancaq hava yolu ilə bağlıdır. Ona görə də hava limanını sıradan çıxarmaqla Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında əlaqəni tamamilə kəsməyə çalışır. Doğrudan da baş verən olay təkcə hava limanının uçuş zolağına, ofisinə qarşı deyil, iki xalqın mehriban qonşuluq münasibətlərinin bünövrəsinə vurulan zərbədir.

***

Oxuculara xatırladaq ki, oxşar taktikadan ötən əsrin 90-cı illərində Ermənistan da istifadə edirdi. Naxçıvana hücum etmək qərarına gələnlər, hətta güman edək ki, səhlənkarlıq və ya ehtiyatsızlıq nəticəsində buna yol verənlər sadə bir mətləbi unutmamalıdırlar. Azərbaycana hücum edənlər həmişə peşman olublar. Bu həqiqəti Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü sınaqdan keçirməyə cəhd edənlərin hamısı bilir. 2020-ci ilin 44 günlük müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı ilə Qarabağ üzərində yurisdiksiyanın tam bərpa etməyi bacaran Bakının zəifliyinə ümid edən hər kəs səhvə yol verir. İranın da bu gün atdığı bu qorxaq addımdan peşman olacağına şübhəniz olmasın.

Azərbaycan müharibə axtarmır. Əksinə, Bakının son günlərdəki davranışının məntiqi bölgədə və dünyada sülhün və sabitliyin qorunmasına yönəlib. Alovlar içində olan regionun fonunda yetkin və düzgün diplomatik mövqe quran ölkə həm də bədxahlarına lazım bildiyi forma və miqyasda cavab vermək iqtidarındadır. Üstəlik, Azərbaycan Müdafiə Nazirliyi artıq ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması, mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün zəruri cavab tədbirləri hazırladığını, İranın hücumlarının cavabsız qalmayacağını bəyan edib. Azərbaycanın ona təhdid edənlərlə adekvat davranmaq haqqını həmişə özündə saxladığı hamıya məlumdur.

İmran BƏDİRXANLI

XQ

***

Tofiq ABBASOV,

siyasi icmalçı

İranın Azərbaycana qarşı yürütdüyü indiki siyasətinin bir neçə səbəbini göstərmək olar. Bu səbəblərdən biri də ölkənin vahid mərkəzdən idarəetmə sistemində haçalanmaların, qeyri-müəyyənliyin olmasıdır. Hakimiyyətin müxtəlif qolları sanki bir-biri ilə yola getmir, aralarında rəqabət, hətta düşmən münasibəti var. Boşluqlar da məhz bu səbəbdən yaranır. Bizə elə gəlir ki, Naxçıvana endirilən 4 dron zərbəsi rəsmi Tehranın prosesləri düzgün idarə etməməsi və qiymətləndirməməsindən irəlli gəlir. Ən əsası isə prosesə nəzarət itirilib. Bu boşluqdan isə daxildəki müxalifət kimi, kənardakı düşmən qüvvələr, separatizmə meyilli dəstələr istifadə etməyə çalışırlar. İstənilən halda, Azərbaycana qarşı İran ərazisindən təhdid yaranıbsa qonşu dövlət bunu ən yüksək səviyyədə və açıq şəkildə etiraf etməli, buna görə məsulyyti də boynundan atmamalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərin hamısı beynəlxalq qanunvericilik nöqteyi-nəzərindən yerində və aktual olmaqla yanaşı, son dərəcə cavib mahiyyətə malikdir. Baş vermiş hadisəyə hansı bucaqdan yanaşılsa da, məsuliyyət İran hakimiyətinin üzərindədir. Buna görə də rəsmi Tehran Azərbaycan rəhbərliyinin haqlı tələblərinə cavab verməlidir. Eynilə Rusiyanın AZAL-ın təyyarəsini vurması ilə bağlı atacağı zəruri addımları Moskvadan gözlədiklərimizi indi Tehrandan gözləyirik. Əslində, dövlət başçımız bu halda nə etməli olduğunu dəqiqliklə İran hakimiyyətinin diqqətinə çatdırdı. Əgər Azərbaycan Xarici İşlər Nazirliyi Tehrandakı səfirimizin, Təbrizdəki konsulumuzun geri çağırılması barədə sərəncam verirsə, deməli, ikitərəfli diplomatik münasibətlərin səviyyəsi minimuma endirilir. Qarşı tərəf gözlənilən addımları atmazsa, bu münasibətlərə tamamilə son qoyulacağı da istisna edilmir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Mart 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri