Icma.az
close
up
RU
İranı əslində o idarə edir

İranı əslində o idarə edir

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İranda ali lideri Ayətullah Seyid Əli Xameneinin ölümündən sonra müvəqqəti liderlər şurasının yaradılacağını elan edən veteran siyasətçi Əli Laricani yenidən ölkə gündəminin mərkəzinə çıxıb. O, rejimin təhlükəsizlik iyerarxiyasında ən nüfuzlu fiqurlardan biri kimi təqdim olunur və hazırda İranın faktiki idarəedicisi sayılır.

Məlumata görə, Laricani nüvə danışıqlarından tutmuş Tehranın regional əlaqələrinə və daxili etirazların yatırılmasına qədər geniş spektrdə məsələlərə nəzarət edir. Vaşinqtonun yanvar ayında hökumət əleyhinə etirazların yatırılmasındakı roluna görə ona qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra Laricani İranın ABŞ ilə nüvə sazişi istiqamətində səylərinə rəhbərlik edib.

Turkustan.az xatırladır ki, 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olan Laricani tanınmış ruhani ailəsində böyüyüb. Atası Ayətullah Haşimi Mirzə Amoli şah dövründə sürgün edilib. 1979-cu il inqilabından sonra ailə İrana qayıdıb. Laricani fəlsəfə üzrə doktorluq dərəcəsi alıb, qardaşları isə məhkəmə və diplomatik strukturlarda yüksək vəzifələr tutublar.

Karyerası ərzində o, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olub, həmçinin dövlətə məxsus IRIB teleradio şirkətinə rəhbərlik edib. 2005–2007-ci illərdə İranın baş nüvə danışıqçısı kimi çıxış edən Laricani Tehranın uran zənginləşdirmə hüququnu qətiyyətlə müdafiə edib.

2008–2020-ci illərdə parlamentin sədri vəzifəsini tutan siyasətçi 2015-ci ildə İranla altı dünya dövləti arasında imzalanmış nüvə sazişi prosesində də fəal rol oynayıb. Həmin sazişdən ABŞ 2018-ci ildə, prezident Donald Trampin qərarı ilə geri çəkilmişdi.

2021-ci ildə Xamenei Laricanini Çinlə 25 illik strateji əməkdaşlıq sazişi üzrə danışıqlara məsul şəxs təyin edib. Son aylarda onun həm Omana, həm də Moskvaya səfərləri, eləcə də ABŞ ilə mümkün danışıqlarla bağlı praqmatik açıqlamaları diqqət çəkib. Laricani fevral ayında Oman televiziyasına müsahibəsində ABŞ-ın nüvə silahı ilə bağlı narahatlığının danışıqlar yolu ilə aradan qaldırıla biləcəyini bildirib. Bununla yanaşı, o, İranın nüvə proqramının “heç vaxt məhv edilə bilməyəcəyini” də vurğulayıb.

2025-ci ilin dekabrından başlayan və 1979-cu ildən bəri hakimiyyət üçün ən ciddi çağırış sayılan etirazlar fonunda Laricaninin rolu xüsusi diqqət çəkib. ABŞ-ın sanksiya qərarına əsasən, o, yanvar etirazlarının yatırılmasında əsas fiqurlardan biri olub. Hadisələrdən sonra onun təhlükəsizlik strukturları və SEPAH komandirləri ilə əlaqələrini gücləndirdiyi bildirilir.

Mənbələr iddia edirlər ki, yanvar hadisələrindən sonra Laricani böhranı nəzarətə götürərək seçilmiş hökumətin səlahiyyətlərini faktiki olaraq məhdudlaşdırıb və prezident Məsud Pezeşkianı prosesdən kənarlaşdırıb. Beləliklə, o, ölkənin həm müttəfiqləri, həm də rəqibləri ilə münasibətləri birbaşa idarə edən əsas fiqura çevrilib.

Ruhani olmadığı üçün Laricani formal olaraq ali lider postuna namizəd ola bilməz. Lakin analitiklər hesab edirlər ki, Xameneinin vəfatı halında ölkədə ruhani rejimin davamlılığı sual altına düşə bilər və Laricani kimi daha dünyəvi, sərt xətt tərəfdarı olan siyasətçi hakimiyyəti ələ ala bilər. Bu isə İran siyasətinin daha militarist və proqnozlaşdırılması çətin mərhələyə keçməsi ilə nəticələnə bilər. /Modern.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri