Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

İranın Afrikadakı casus şəbəkəsi Çad ifşa etdi

İranın Afrikadakı casus şəbəkəsi Çad ifşa etdi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran hökuməti SEPAH-ın Qüds qüvvələrinin vasitəsilə Afrika ölkələrində də casus şəbəkəsini genişləndirməyə, siyasi-ideoloji təbliğatını artırmağa və təsir imkanlarını genişləndirməyə çalışır.

İran bundan əvvəl bunu Nigeriyada həyata keçirə, “Nigeriya İslam Hərəkatı” vasitəsilə bunu bacara bilsə də, başqa Afrika ölkəsi olan Çad bunun qarşısını almağa, İranın casus şəbəkəsini dağıtmağa nail ola bilib.

Argentinanın "İnfobae" nəşrinin də yaydığı məlumata görə, Çad təhlükəsizlik qurumları SEPAH-ın Qüds qüvvələrinin iki casus və əməliyyat şəbəkəsini ifşa edib.

Nəşrin bildirdiyinə görə, İran hökuməti ilə əlaqəli olan iki terror şəbəkəsinin bir neçə üzvünün həbsi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin və İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin Afrikada təxribat, casusluq üçün strukturlar yaratmaq fəaliyyətini ifşa və iflic edib. Məlumata görə, Tehran dini təsir, ideoloji təlim, hərbi dəstək və əməliyyat rəhbərliyinin kombinasiyası vasitəsilə ABŞ və İsrailin maraqlarına hücum etmək və Afrika hökumətlərini qeyri-sabitləşdirmək üçün şəbəkələr yaratmağa çalışır.

Saxlanılanlardan biri olan Əli Abdullahi Məhəmmədatın etirafları göstərir ki, o, İranın siyasi-ideoloji mərkəzlərindən biri olan Qum şəhərindəki Əl-Mustafa Universitetində təhsil aldıqdan sonra kəşfiyyat agentləri tərəfindən işə cəlb edilib.

Çadda İslam Respublikası ilə əlaqəli iki şəbəkənin aşkarlanması Tehranın Afrika ölkələrinə nüfuz etmək və sabitliyi pozmaq planının yeni ölçülərini ortaya çıxarıb. Tutulanların etiraflarına görə, bu plan Qərb maraqlarına qarşı əməliyyatlar aparmaq üçün qüvvələrin cəlb edilməsini, təlim keçirilməsini və təşkil edilməsini əhatə edir.

Dindirmələr zamanı Məhəmmədat 2022 və 2023-cü illərdə İrandakı otellərdə və təhlükəsiz yerlərdə iranlı məmurlarla görüşdüyünü və bu məmurların ona Qərb hədəflərini müəyyən etmək, qüvvələr cəlb etmək, üsyançı qrupları izləmək və Çaddakı Amerika, İsrail və Fransa qüvvələrinin mövcudluğu haqqında həssas məlumatları ötürmək missiyasını tapşırdığını söyləib.

Bu, SEPAH-ın Qüds qüvvələrinin Uqanda və Seneqalda İsrail səfirliklərinə qumbara ilə hücum etmək üçün bir Uqanda vətəndaşını cəlb etməsi, ancaq terrorçunun müəyyən edilib həbs edilməsi barədə xəbərin yayılması ilə eyni vaxta təsadüf edir.

Bununla yanaşı, Çad təhlükəsizlik məmurları xarici əməliyyatlar aparmaq, İraq və Afrikada proksi qüvvələrə rəhbərlik etməkdən məsul olan SEPAH-ın Qüds qüvvələrinin 400 saylı bölməsi tərəfindən işə götürülmüş Abdullah Əhməd Şeyx əl-Əmini də saxlayıb.

Şeyx əl-Əmin bu strukturun komandanlığının Hamid Abdullahi adlı bir şəxsin əlində olduğunu və Əbu Əli və Aydın Salahlu adlı şəxslərin də şəbəkənin idarə olunmasında rol oynadığını etiraf edib.

O, etirafında İraqdakı silah təlimi barədə məlumat verib və bildirib ki, İslam Respublikasına bağlı şəbəkə qüvvələri “dini səfər” adı altında şiə proksiləri ilə əlaqəli bazalara köçürülüb, onlara “Kalaşnikov”, qumbaraatan və başqa silahlardan istifadə öyrədilib.

O, həmçinin ekstremist şəbəkələrin keçmiş komandiri Musa Batrane Abakir əl-Miskinin İslam Respublikası üçün yeni qüvvələrin cəlb edilməsindəki rolu barədə ifşaedici məlumatlar verib.

Çad təhlükəsizlik rəsmiləri bildirirlər ki, bu şəbəkələrin dağıdılması İslam Respublikasının təsirini genişləndirmək və Afrika qitəsində sabitliyi pozmaq səylərini ən azı müvəqqəti olaraq dayandırıb.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində SEPAH-ın Nigeriyadakı Qüds qüvvələrinin 400-cü bölməsinin yüksək vəzifəli üzvü İsmayıl Məhəmməd Ciddə Səudiyyə Ərəbistanı rəsmilərinə qarşı əməliyyatlar planlaşdırmaqda və Amerika və Avropa hədəfləri haqqında kəşfiyyat məlumatı toplamaqda ittiham olunmuşdu. Bu isə İran İslam Respublikasının bir neçə il əvvəldən Afrika ölkələri, xüsusən Nigeriya və Çadda casus və terror şəbəkəsi qurduğuna dəlalət edir.

Bu hadisələrdən sonra Nigeriyada islam dövlətinin qurulmasını tələb edən İrana bağlı "Nigeriya İslam Hərəkatı"nın fəaliyyətinə 2019-cü ildə qadağa qoyulub.

Hərəkatın başçısı, bundan əvvəl terrorçuluq ittihamına görə həbs olunan İbrahim Zəkzaki İran rəhbəri Əli Xameneinin Afrikadakı mühüm nümayəndələrindən sayılır və İrana səfərləri zamanı Xamenei ilə görüşlər keçirir, məsləhətləşmələr aparır.

Qeyd edək ki, bu işlərin çoxunun mərkəzində İranın Qum şəhərində yerləşən Əl-Mustafa Cəmiyyəti dayanır. Afrika, Asiya və Avropada 50-dən çox filialı olan bu cəmiyyəti ABŞ 2020-ci ildə "xüsusi qlobal terror təşkilatı" kimi tanıyıb.

Tələbələrinin 80%-i xarici vətəndaşlardan ibarət olan bu mərkəz SEPAH və İranın Təhlükəsizlik Nazirliyinin nəzarəti və maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Həmin mərkəzdə Afrika, ərəb ölkələri ilə yanaşı, Türkiyə, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin də gəncləri təhsil və təlim alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see483

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see454

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see331

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see328

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see262

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see262

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see245

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see244

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see236

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see231

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see226

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see223

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see222

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see217

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see211

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see209

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see206

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see203

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see194

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri