İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəsi təsdiqlədi
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Ali Milli Təhlükəsizlik Şurası İsraillə atəşkəs rejiminin qüvvəyə minməsi barədə qərarını elan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi bəyanata əsasən, Şura İsrail və onun tərəfdarlarına qarşı “döyüş əməliyyatlarının dayandırılmasına dair milli qərar” qəbul edib.
Açıqlamada İran silahlı qüvvələrinin “düşmənin vəhşiliyinə alçaldıcı və nümunəvi cavab” verdiyi qeyd olunub. Eyni zamanda Tehran qarşı tərəfdən atəşkəs rejimini pozacaq istənilən hərəkətə “qəti və çəkindirici cavabla” reaksiya verməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, atəşkəslə bağlı rəsmi açıqlamanı isə ABŞ Prezidenti Donald Tramp verib. O, çərşənbə axşamı baş tutan mətbuat konfransında İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini bildirib.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 24 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















