İranın Milli Təhlükəsizlik Şurası ona tapşırıldı
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə İslam Respublikasının ali rəhbərinin müşaviri və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) keçmiş baş komandanı Möhsün Rezai təyin olunub.
Hurriyyet.Media xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı rəsmi şəxsə istinad ISNA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ondan əvvəl bu vəzifəni Məhəmmədbağır Zolqədr tuturdu.
İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkəsində yazıb ki, bundan sonra Zolqədr onun siyasi müşaviri olacaq. Paylaşımda ölkə rəhbəri rəsminin "dəyərli təcrübəsini" qeyd edib.
Buna qədər Xamenei İran Prezidenti Məsud Pezeşkian ilə son üç ayda ilk görüşünü keçirib. Onlar ölkənin problemləri ətrafında fikir mübadiləsi aparıb, əhalinin ehtiyaclarının təmin olunmasını, ABŞ ilə davam edən münaqişəni, onun perspektivlərini və xarici tərəfdaşlarla iqtisadi qarşılıqlı əlaqələri müzakirə ediblər. Görüş Məsud Pezeşkianın İslam Respublikasının Prezidenti vəzifəsində ikinci ilinin tamam olmasına həsr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Avqust 2026 05:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















