İranın “başı dərddə” Avropa dövlətləri SEPAH la bağlı QƏRAR VERƏCƏK SENSASİON MƏQAMLAR KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
SEPAH Britaniyanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir və terror təşkilatı kimi tanınmalıdır. Bu barədə Britaniyanın Henri Cekson İnstitutunun hesabatında bildirilib.
Bəllidir ki, SEPAH bir çox qruplaşmalara maliyyə və hərbi dəstəyi verib. Bu hal onun terror təşkilatı kimi tanınması üçün kifayət edirmi? Ümumiyyətlə, bir ölkənin xüsusi xidmət orqanını terror təşkilatı siyahısına daxil etmək üçün hansı mexanizmlər və sübutlar olmalıdır?
Mövzunu KONKRET.az-a politoloq Aytən Qurbanova şərh edib:
“SEPAH-ın terror təşkilatı kimi tanınması haqqında fikirlər bir müddətdir ki, Avropa İttifaqı çərçivəsində səsləndirilir. Hətta ilk dəfə Niderland tərəfindən belə bir fikir səsləndirilib ki, Aİ dövlətlərində hayata keçirilən bəzi sui-qəsd hadisələrində birbaşa İran hökuməti və SEPAH məsuliyyət daşıyır. Ona görə də, SEPAH-ın fəaliyyətinin terror təşkilatlarının mexanizmi ilə uyğunlaşdırılması və onun terror təşkilatı kimi tanınması təklif edilib. Bu çağırışların əsas motivi bir sıra terror hadisələrində İran hökumətinin məsuliyyət daşımasına dair arqumentlərin olmasıdır. Hətta bu arqumentlər sübut kimi də təqdim olunur. Ancaq SEPAH-la bağlı bu addımın atılıb-atılmayacağı ilə bağlı fikir irəli sürmək mümkün olmasa da, gələcək dövrlərdə digər Avropa dövlətlərindən belə bir ittihamların səsləndirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Çünki artıq Avropanın əsas güc mərkəzləri SEPAH-la bağlı konkret ortaq mövqedən çıxış etməyə başlayıblar”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 May 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















