Icma.az
close
up
RU
Rusiya Cənubi Qafqazı itirsə, nə baş verəcək? SENSASİON MƏQAMLAR KONKRET

Rusiya Cənubi Qafqazı itirsə, nə baş verəcək? SENSASİON MƏQAMLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynadakı müharibə Rusiyanın Cənubi Qafqaza nəzarətini itirməsi bahasına başa gələ bilər. Bu barədə Britaniyanın nüfuzlu “The Economist” nəşrində dərc olunan təhlildə bildirilir. Məqalədə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında vasitəsiz və ikitərəfli sülh danışıqları Rusiyanın bölgədəki təsir imkanlarını xeyli zəiflədir. Bəs, Rusiyanın Cənubi Qafqazda təsirini itirməsi nə dərəcədə real görünür? Hazırkı proseslər bu istiqamətdə hansı siqnalları verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, bu proqnozun nə dərəcədə doğru olduğunu yaxın zamanlarda aydın görəcəyik. Onun sözlərinə görə, hazırda bölgədə Rusiyanın təsirini zəiflədən bir sıra amillər mövcuddur:

Rizvan Hüseynov

“Rusiyanın həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərindəki gərginlik, eləcə də Bakı ilə İrəvan arasında üçüncü tərəfsiz sülh danışıqlarının intensivləşməsi bu təsiri azaltmaqda davam edir. Əbu-Dabidə baş tutan son görüş də bunu təsdiqləyir. Rusiya bu proseslərdən kənarda qalaraq bölgədəki əsas oyunçu statusunu itirir. Artıq Cənubi Qafqazda Rusiyasız yeni bir sabitliyin təməlləri qoyulur. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması və digər iqtisadi-investisiya layihələrinin reallaşması da Moskvanın rolunu minimuma endirə bilər”.

Rizvan Hüseynov hesab edir ki, əgər Rusiya bu reallığı qəbul edərək münasibətlərini yenidən qurmaq istəsə, müəyyən dərəcədə maraqlarını qoruyub saxlaya bilər. Lakin əvvəlki hegemonluq mövqeyini bərpa etməsi artıq mümkün görünmür:

“Yeni geosiyasi vəziyyətdə əsas söz sahibi Azərbaycan və onun strateji müttəfiqi olan Türkiyədir. Bundan başqa, ölkəmizin digər xarici partnyorları da bu prosesdə mühüm rol oynayır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see341

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see181

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see165

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see155

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see149

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see133

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see132

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see128

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see126

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri