Icma.az
close
up
RU
“İranın bombalanması proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər” Qüdrət Həsənquliyev

“İranın bombalanması proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, hazırda insanlarımızı ən çox düşündürən məsələlərdən biri ABŞ-nin İranı bombalamaqla hədələməsi və buna hazırlaşmasıdır. Bunun baş vermə ehtimalı nə qədərdir?

- Trampa İsrail dövlətinin və diasporasının güclü təsiri var. Həm İsrail, həm də ABŞ İran rəsmilərinin açıqlamalarına istinad edərək İranın nüvə dövlətinə çevrilməsini İsarailin mövcudluğuna ciddi təhlükə hesab edirlər. Ona görə də bunun qarşısının alınması üçün ABŞ İranla ikitərəfli danışıqlar tələb edir. İran isə çoxtərəfli danışıqlara hazır olduğunu bildirsə də, ikitərfli danışıqlara razılaşmır. Tramp beynəlxalq birlik tərəfindən ABŞ-nin Ukraynada görsənən gücsüzlüyünü, səbəbindən asılı olmayaraq, ört-basdır etmək üçün İranı bombalaya bilər. İnanıram ki, bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə İranın bizə münasibətindən asılı olmayaraq nələrsə etməyə çalışır. Dünən Azərbaycan Respublikası Prezidentinin İran prezidenti ilə telefon danışıqları oldu. İranın bombalanması böyük maddi və insani təlafata, proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər. Ona görə vətəndaşlarımızın soydaşlarımızın da yaşadığı qonşu ölkədə baş verənlərə görə narahat olması başadüşüləndir. İranın dini lideri müdriklik nümayiş etdirib prezident Pezeşkianı müdafiə etməli, ABŞ ilə ikitərəfli danışıqlardan çəkinməməli, müharibədən yayınmalıdır. İran özünü haqlı sayırsa danışıqların hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur, danışıqlar beynəlxalq birlik üçün açıq həyata keçirilməlidir ki, ABŞ xalqı da kimin haqlı olduğunu görsün. ABŞ 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun təhlükəsizliyinə dair çoxtərəfli Budapeşt memorandumunu imzalamışdı, daha doğrusu Ukraynanı buna məcbur etmişdi. Nə oldu? Öhdəliyini yerinə yetirməyəcəksə sazişin neçə tərəfli olmasının heç bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli olan döyüşə girmək qəhrəmanlıq sayılmaz.

- İranın bombalanması İranda rejim dəyişikliyinə yol aça bilərmi?

- ƏHD Partiyası həmişə qanla rejim dəyişikliyinin əleyhinə olub. SSRİ-nin dağılmasından sonra Azərbaycan da daxil Şərqi Avropada, ərəb dövlətlərində baş verənlər göstərdi ki, qanlı və ya rəngli inqilablar yolu ilə baş verən rejim dəyişiklikləri xalqların ümidlərini bir qayda olaraq nəinki doğrultmur, hətta böyük xəyal qırıqlığına uğradır, xalqın özünə inamını sarsıdır. Cəmiyyətin inkişafı, təkamül yolu demoktratik seçkilərə və bu yolla rejim dəyişikliyinə gətirib çıxarmalıdır. ABŞ İraqı, Əfqanısatnı işğal edib trilyonlarla dollar vəsait xərcləsə də on illər ərzində həmin ölkələrdə demokratik, hüquqi dövlət qura bilmədi. ABŞ İranda hakimiyyəti dəyişib ərəb ölkələrindəki kimi özünə yaxın bir rejim yaratmağı düşünə bilər. Proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ümid edək, Allaha dua edək ki, İran dövləti daxili və xarici siyasətində dəyişikliklərə və beləliklə də orda yaşayan xalqların inkişafına və rifahına yol açacaq ciddi islahatlara getsin, müharibədən və inqilablardan yayınmaq mümkün olsun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri