Icma.az
close
up
RU
“Bu saziş erməni təxribatlarına yol aça bilər” Qüdrət Həsənquliyev

“Bu saziş erməni təxribatlarına yol aça bilər” Qüdrət Həsənquliyev

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Sfera.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlığa dair müqavilənin Ermənistan-Azərbaycan münasibətlərinə təsiri barədə fikirlərinizi öyrənmək istərdik…

- ABŞ erməni diasporunun çox güclü olduğu iki ölkədən biridir, digəri Fransadır. Erməni diasporu isə türklərə nifrət edən bir toplumdur. Onların ABŞ-nin hər iki partiyadan olan aparıcı siyasətçilərinə, mediaya güclü təsirləri var. Bəzilərini pulla, göstərdikləri xidmətlər qarşılığında ələ alıblar, bəzilərini şantajla, yaxud xristian həmrəyliyi, islamafobiya ilə manipulyasiya etməklə iradələrinə tabe etdiriblər və s. Məhz bunun nəticəsi olaraq, ABŞ 1992-ci ildə, Elçibəyin prezidentliyi dönəmində, separatizm və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi, ölkəmizi ABŞ-nin dövlət dəstəyindən məhrum etdi. ABŞ-nin bu qərarı erməni işğalçılarını daha da ruhlandırdı, onlar işğalı daha da genişləndirdi. Tarixdə ilk dəfə idi ki, qanlı separatizmlə və təcavüzlə üzləşmiş bir ölkə, demokratik və dünyanın super gücü olan ABŞ-nin ağlasığmaz, beynəlxalq hüquqa qarşı olan davranışı ilə qarşılaşmışdı. ABŞ-nin erməni işğalına açıq və dolayı dəstəyi, Ermənistanı işğalçı dövlət kimi tanımaması, separatçılara maliyyə dəstəyi verməsi, onun münaqişəyə yanlış, mən deyərdim cinayətkar yanaşması, ikili standartlar siyasəti keçmiş sovet respublikalarında etnik qarşıdurmalara, qanlı savaşlara yol açdı, ən azından buna ciddi töhfə verdi. ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığa dair saziş imzalaması Ermənistandakı revanşistləri daha da ruhlandıracaq. Bu saziş erməni təxribatlarına yol aça bilər. Amma ermənilər anlamalıdırlar ki, ABŞ-nin 2020-ci ilə qədər Ermənistana verdiyi dəstək onlara işğalı sona qədər davam etdirməyə kömək etmədi və onlar böyük məğlubiyyətlə üzləşdilər. Ona görə, tarixdən dərs almalı və sülh üçün Azərbaycanın şərtlərini qəbul etməli, qonşularla dostluq və əməkdaşlıq siyasətinə üstünlük verməli, xaricdən himayədar axtarışına son qoymalıdırlar.

- ABŞ-nin yeni prezidenti Azərbaycanla münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması istiqamətində addımlar ata bilərmi?

- Trampın ətrafında ermənipərəst və Rusiyayönümlü adamlar çoxdur və onların Trampa təsiri böyükdür. Trampın özü də Putinə pərəstiş edən bir şəxsdir. Ona görə birmənalı fikir söyləmək, proqnoz vermək xeyli çətindir. Trampın seçki öncəsi bizə münasibətdə bəzi həqiqəti əks etdirməyən açıqlamaları olub. Azərbaycan prezidenti yeni administrasiya ilə münasibətləri tənzimləməyə hazır olduğunu bildirib. Hər şey Trampın nə qədər müdrik, müstəqil və cəsarətli olmasından asılı olacaq. Ona ermənipərəst ətrafının ciddi təzyiqinin olduğu gün kimi aydındır. Amma güclənən Türkiyə faktoru və ona yəhudi diasporasının da təsiri var. Tramp bizim yerləşdiyimiz coğrafiyanın çətinliklərini, Azərbaycanın regiondakı rolunu və əhəmiyyətini anlaya bilsə, münasibətlərdəki gərginliyi azaltmaq olar. Hər halda onun prezidentliyi dönəmində torpaqlarımızı işğaldan azad etmişik. Yaxşıya ümid etməliyik. Tezliklə bir çox məsələlərə aydınlıq gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri