Icma.az
close
up
RU
İranın dəhşətli zərbəsi: İsrail susdu, Tramp təşəkkür etdi

İranın dəhşətli zərbəsi: İsrail susdu, Tramp təşəkkür etdi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

23 iyun axşam saatlarında İranın ABŞ-ın zərbələrinə qarşı hərəkətə keçməsi və Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına hücum etməsinin dərhal ardından İsrail və ABŞ-ın atəşkəs istəməsi təsadüfi deyil; daha doğrusu, İranın dünən axşama doğru endirdiyi zərbələr ABŞ və İsraili atəşi dayandırmaq üçün Tehrana yalvarmağa vadar etdi.

İş nətəhər oldu?

Deməli, ABŞ B-2-ləri havaya qalxır, 10 min kilometr yol gəlir, təxminən 18 saata qədər vaxt gedir və İranda 3 nüvə obyektinə ağır bunkerdağıdan bombalar tullayır, Tehran prosesdən xəbər tutana qədər bombardmançı təyyarələr və onları qoruyan qırıcılar İran səmasını tərk edir.

Görün, bu Amerika necə qorxaqdır – kişi kimi üzə çıxmır, “gəldim” demir, gizlənə-gizlənə, aldada-aldada gəlib vurur.

Hələ Trampa bax – “İki həftə müddətində İrana zərbə endirib-endirməmək barədə qərar verəcəyəm” deyib, adam aldadır, həmin gecə hücuma keçir!

Yaxud B-2-lərin Hind okeanına göndərildiyi haqda uydurma yayıb, İrana gəldiyini ört-basdır edirlər!

Bu, kişilikdəndirmi?

Ancaq buna cavab verən İranın əxlaqı göz yaşardır: Tehran bu xəlvəti, xəbərsiz, qəfil hücumun kişiliyə sığmadığını ABŞ-a bir daha başa saldı, rəsmən elan etdi ki, Qətərdə, Bəhreyndə, İraqda və Küveytdə yerləşən bazalarına yaxın 1-2 saatda hücum edəcəm.

Tehran Qətərə də zəng edib, zərbə endirəcəyi haqda əvvəlcədən “məlumatlandırma etməyi” də unutmamışdı.

Və hücumdan əvvəl Qətər hazırlıqlara başladı, hava məkanını bağladı, ABŞ isə Üdeydə bazasındakı təyyarələri köçürdü, bazanı boşaldıb, hücumu gözlədi...

Və budur, “Əvvəlcədən elan edilmiş doğru-düzgün vəd” əməliyyatı ilə İran hücuma keçir, 4 ölkəyə raketlər yağdırdığını bildirir.

Hücumdan sonra Qətər 7 ballistik raket atıldığını, hamısının da səmada vurulduğunu elan edir və görüntülərini yayır. Küveyt, İraq və Bəhreyn isə ümumiyyətlə atılan raketləri hələ də axtarırlar – gördüm deyən yoxdur!

İranın bu ləyaqətli, vicdanlı və mərd, kişiyana, davranışı Trampı belə utandırdı və Tramp İrana ABŞ bazalarına endirdiyi zərbələrə görə təşəkkür etdi...

Bu cür ləyaqət, vicdan, ər davranışı İsraili də yalvarmağa məcbur etdi. İran isə əlbəttə ki, bu yalvarış və göz yaşlarını qəbul etdi.

O ki qaldı atəşkəs razılaşmasından bir saat sonra İrandan İsrailə bir raket atılmasına, bunu Tehranın verdiyi sözə xilaf çıxması kimi yozmaq düşmənin və sionistlərə qul olanların işidir. Məsələ bundadır ki, raketin 2 saat əvvəl fitili yandırılıbmış, atəşkəs razılaşması əldə olunandan sonra isə fitili söndürmək yaddan çıxıb və bir raket İsrailə doğru uçub – bu barədə də İran düşmənlərini məlumatlandırmamış olmaz!

Beləliklə, 12 günlük savaşın nəticəsi nədir?

Dünyada heç bir ölkənin prezidenti müharibə apardığı və yaxud darmadağın etdiyi ölkənin cavab zərbələrinə görə düşmən tərəfə təşəkkür etməz, etməyib, olmayıb belə bir şey tarixdə!

Amma Tramp İrana təşəkkür etdi!

Bu, sıradan hadisə deyil – tarixə düşdü və bunu tarixə salan İrandır!

Necə deyərlər, şir elə həmən şirdir – quyruğu da yerində...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri