Icma.az
close
up
RU
İranın din adı altında etdikləri: Bakının addımı nə olmalıdır?

İranın din adı altında etdikləri: Bakının addımı nə olmalıdır?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda xarici qüvvələrin, xüsusilə İranın dini təsirinin qarşısını almaq üçün müxtəlif yanaşmalar müzakirə olunur. Müəyyən bir təbəqə hesab edir ki, bu sahədə effektiv addımlar arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini gücləndirmək və dini savadlılığı artırmaq əsasdır. Bəzilərinin fikrincə, mediada balanslı tənqidi ritorikanın tətbiqi və gənclərin maarifləndirilməsi bu təsirlərin qarşısını almaqda mühüm rol oynaya bilər.

Globalinfo.az-a danışan ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, ən vacib məsələlərdən biri geniş təbliğat və maarifləndirmə işinin aparılmasıdır:

“Bu sahədə real nəticələr əldə etmək üçün maarifləndirməyə xüsusi önəm verilməli və sistemli yanaşma təmin olunmalıdır. Bu addımlar atılmadan ciddi nailiyyət əldə etmək çətindir. Din ideoloji sahə olmaqla, cəmiyyətin daim diqqət göstərdiyi həssas mövzulardandır. Məhz bu səbəbdən proseslərin qarşısını almaq və onları düzgün istiqamətləndirmək üçün geniş təbliğat tədbirləri həyata keçirilməlidir”.

Ceyhun Məmmədov

Deputat bildirib ki, ölkədə ardıcıl və məqsədyönlü məlumatlandırma işlərinin gücləndirilməsi bu sahənin tənzimlənməsinə imkan verə bilər:

“Siyasi müxalifətin “dirçəldilməsi” birbaşa dini təsirin azaldılması aləti deyil. Bu, daha çox ümumi siyasi sistemin inkişafı ilə bağlıdır və dolayısı ilə ictimai müzakirə mühitini genişləndirə bilər. Milliyyətçi gəncliyin aktivləşdirilməsi müəyyən hallarda mümkün olsa da, bu yanaşma risklidir. Çünki həddindən artıq ideoloji yönləndirmənin cəmiyyətdə qütbləşmə yaratma imkanı var. Ona görə də ümumilikdə, məsələnin əsasını məhz maarifləndirmə təşkil edir. Bu istiqamətdə effektiv fəaliyyət göstərildiyi təqdirdə, xarici mənbələrdən gələn dini təsirlərin qarşısının alınmasında əhəmiyyətli nəticələr əldə etmək mümkündür”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri