Icma.az
close
up
RU
“Rəsmi Bakının bu addımı təqdirəlayiqdir”

“Rəsmi Bakının bu addımı təqdirəlayiqdir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Konstantin Tasits: “Sülh müqaviləsinin parlament seçkilərindən əvvəl qəbul edilməsi az inandırıcıdır”

Cənubi Qafqazda vəziyyət digər bölgələrə nisbətən sakit olsa da hələ həll olunmayan problemlər, münaqişələr qalmaqdadır ki, bu da regionun bütün sahələrdə inkişafına mənfi təsir göstərir. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin bağlanmaması, Rusiya ilə Gürcüstan arasından məlum münaqişə bölgənin sülh, əmin - amanlıq içində yaşamasına maneə olan başlıca amillərdəndir. Düzdür, Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istədiyini deyib. O, bildirib ki, bu məsələ hökumətin gündəliyinə daxil edilib.

Lakin ölkə konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasının mövcudluğu və rəsmi İrəvanın bu iddiadan əl çəkməsi ilə bağlı referendumun keçirilməsi hələ daşa dirənib.

Rusiya-Gürcüstan münasibətlərinə gəldikdə isə tərəflər arasında gərginlik hələ də qalmaqdadır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu əlaqələrinin bərpası ehtimalının nəzərdən keçirildiyini bəyan etməsindən sonra Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərin bərpası ilə bağlı müzakirə aparmayıb.

"Əlaqələrin bərpası ilə bağlı heç bir danışığımız olmayıb. Bu məsələdə yeni bir şey olarsa, ictimaiyyətə özümüz məlumat verəcəyik", - Kobaxidze vurğulayıb. Digər tərəfdən Avropanın Gürcüstanın daxili işlərinə qarışmaq cəhdi də həm ölkə, həm də rəsmi Moskvanın narazılığıa səbəb olu8b ki, bu ölkə daxilində qarşıdurmaya səbəb olub.

Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, tərəflər xoşniyyətli olsalar da bu niyyətlərin hansısa obyektiv və subyektiv səbəblərdən həyata keçməsi mümkün olmur.

Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasits (Rusiya) ilə müsahibəmiz də bu mövzuda oldu.

- Cənab Tasits, fevralın 1-də Azərbaycan üzərindən Ermənistana daha bir yük göndərilib. Bu dəfə 1746 ton taxıl daşıyan 25 vaqon yola salınıb. Qeyd edək ki, Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana 285 taxıl vaqonu (təxminən 19,9 min ton) daşınıb. Bakının bu jestini necə qiymətləndirirsiniz?

- Üçüncü ölkənin Azərbaycandan Ermənistana tranzitinə başlanması kommunikasiyaların açılması istiqamətində ilk addımdır. Davamlı və daha da genişlənərsə, bu, şübhəsiz ki, müsbət tendensiyadır. Rəsmi Bakının bu addımı təqdirəlayiqdir.

- Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması sülh müqaviləsinin imzalanmasına və eyni zamanda, regionun iqtisadi inkişafına necə təsir göstərə bilər?

- Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın qurulması tərəflər arasında etimadın bərpasına və münaqişə illərində yığılmış qarşılıqlı nifrətin azalmasına kömək edəcək. İqtisadi əlaqələrin bərpası bütün regionun inkişafına müsbət təsir göstərəcək və sülh prosesinə töhfə verəcək.

- Ümumiyyətlə, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını gecikdirməklə nə qazanır?

- Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Azərbaycan ilkin şərt kimi Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi və Naxçıvanla “Tramp marşrutu” ilə nəqliyyat əlaqələrinin açılması zərurətini gündəmə gətirir.

Ermənistan sazişi imzalamaqda və hər iki məsələ üzərində işləməkdə maraqlıdır. Yeni konstitusiya mətninin mart ayında dərc olunması planlaşdırılır və referendum prosesi başlayacaq. “Tramp marşrutu” üzərində iş isə 2026-cı ilin ikinci yarısına planlaşdırılır.

- Ermənistanda iyunun əvvəlində keçiriləcək parlament seçkilərindən gözləntiləriniz nədir? Paşinyanın qələbə qazanmaq şansını necə qiymətləndirirsiniz?

- Ermənistanda seçkilər rəqabətli mühitdə keçiriləcək. Nəticələr hələ aydın deyil. Paşinyanın “Mülki müqavilə” partiyası əvvəlki seçkilərlə müqayisədə xeyli geriləsə də, bütün siyasi qüvvələr arasında ən yüksək reytinqə malikdir. Ancaq müxalifət birləşib cəmiyyətə real, pozitiv proqram təklif edə bilsə, uğur qazanmaq şansı var.

- Ermənistanda gözlənilən parlament seçkilərinə qədər Azərbaycanla sülh sazişinin imzalanması planlaşdırılır. Bu addımın məqsədi nədir?

- Sülh müqaviləsinin parlament seçkilərindən əvvəl qəbul edilməsi, imzalanıb ratifikasiya olunması az inandırıcıdır. Ermənistan hakimiyyətinin elan etdiyi planlara görə, 2027-ci ilin ortalarında yeni konstitusiya üzrə referendumun keçirilməsi planlaşdırılır. Ona görə də parlament seçikilərinə qədər sülh müqaviləsinin imzalana biləcəyinə ümid etmirəm.

- Paşinyanla kilsə arasında münaqişə də səngimək bilmir. Baş nazir hətta bəyan edib ki, katolikos II Qareginin adı liturgiyada çəkilməməlidir. Bu münaqişənin bitməsini necə görürsünüz?

- Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münaqişə hələ bitməyib. Paşinyan 50 iyerarxdan 10-da qalib gələ bilib. Buna baxmayaraq, II Qareginin mövqeyi sarsılmış olsa da, o, kilsə daxilində nisbətən güclü mövqeyini qoruyub saxlayır.

- Bəs Ermənistan hökumətinin orduda kilsə mərasimlərini ləğv etməkdə məqsədi nədir?

- Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmən bəyan edib ki, kilsə xidmətin ləğvinə səbəb onun ikili tabeliyində olmasıdır. Artıq bu məsələlər Ermənistan Apostol Kilsəsinin deyil, Silahlı Qüvvələrin Mənəvi və Psixoloji Təminat İdarəsinin səlahiyyətində olacaq.

- Gəlin Gürcüstandan da danışaq. Avropa gözünü indiki Gürcüstan hökumətinə dikib. Məqsəd nədir?

- Brüssel hakim partiyanın mövqelərini zəiflətmək üçün Gürcüstanın daxili işlərinə qarışaraq onu islahatlar aparmağa vadar edir. Avropa İttifaqı eyni zamanda respublikanın xarici siyasətinə düzəlişlər etməyə çalışır, Tbilisini Ukraynaya daha çox dəstək verməyə və Rusiya ilə əlaqələri zəiflətməyə çağırır ki, bu da münaqişənin gərginləşməsi və “ikinci cəbhə”nin açılması riskini daşıyır.

- Gürcüstan Rusiyaya qarşı sanksiyalar və Ukraynaya qoşun yeridilməsi ilə bağlı mövqeyini dəyişməyib. Bu, onun mövqeyinin yumşalmasından, Tiflis-Kreml münasibətlərində yaxınlaşma jestindən xəbər verirmi?

- Gürcüstan öz milli maraqlarına əsaslanan çoxvektorlu siyasət yürüdür. Çin, Türkiyə və Azərbaycanla əlaqələr qurur. Tbilisi Rusiya ilə iqtisadi və mədəni əlaqələri normallaşdırır. Siyasi baxımdan Abxaziya və Cənubi Osetiya ilə bağlı fikir ayrılıqları davam edir. Yeri gəlmişkən, 2025-ci ildə Rusiya neftinin Gürcüstana tədarükü 16 dəfədən çox artaraq 95,8 milyon dollara çatıb. Gürcüstan Gömrük Xidmətinin məlumatına görə, bu, rekord göstəricidir. Mütləq ifadədə Gürcüstanın Rusiya neftinin idxal həcmi 10,5 min tondan 225,3 min tona yüksəlib. Bundan əvvəlki pik 2016-cı ildə qeydə alınıb, o zaman Gürcüstan 10,8 milyon dollar dəyərində 39,6 min ton neft idxal edib.

- Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Trampın Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsi (TRIPP) Rusiyanın Cənubi Qafqazda əsas oyunçu kimi mövqeyini tədricən zəiflədir.

- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Tramp marşrutu layihəsinin (TRIPP) həyata keçirilməsi məsələsi ABŞ-la birlikdə Ermənistan və Azərbaycanın suveren seçimidir. Moskvanın Bakı və İrəvanla iqtisadi, tarixi, mədəni və humanitar sahələrdə geniş əlaqələri var. Rusiya onların hərtərəfli inkişafına sadiqdir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see220

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see219

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see209

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see205

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see201

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see195

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see184

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see181

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see181

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see174

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see168

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see167

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see167

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see166

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri