Icma.az
close
up
RU
Bakının qətiyyəti, Tehranın geriyə addımı

Bakının qətiyyəti, Tehranın geriyə addımı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq bir həqiqəti açıq şəkildə göstərir: Azərbaycan artıq təkcə regional deyil, həm də daha geniş geosiyasi məkan üçün mühüm siyasi aktora çevrilib. Bu reallığın əsas sütunlarından biri isə ölkənin təhlükəsizliyi məsələsində nümayiş etdirdiyi prinsipial mövqedir.

Azərbaycan Prezidenti İlham Əliyev üçün dövlətin təhlükəsizliyi dəyişməz və keçilməz qırmızı xətdir. Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində dəfələrlə sübut edib ki, bu xəttin pozulmasına heç kimə imkan verilməyəcək. Son hadisələr, xüsusilə İran ərazisindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumları  bu prinsipin növbəti dəfə praktiki təsdiqi oldu.

Naxçıvan insidenti və Bakının dərhal reaksiyası
Martın 5-də baş verən hadisə təkcə lokal təhlükəsizlik məsələsi deyildi. Bu, regiondakı güc balansı və dövlətlərin bir-birinə münasibəti baxımından ciddi siyasi mesajlar daşıyan insident idi.

Hadisə baş verən kimi Prezident İlham Əliyevin reaksiyası gecikmədi. Dövlət başçısı dərhal sərt mövqe ortaya qoyaraq Tehranın məsuliyyət daşıdığını bildirdi və İran tərəfinin hadisəyə aydınlıq gətirməsini tələb etdi. Bununla yanaşı, rəsmi Bakı açıq mesaj verdi ki, əgər məsələ ciddi şəkildə araşdırılmasa və izahat verilməsə, bunun ağır nəticələri ola bilər.
Bu mövqe təkcə diplomatik bəyanat səviyyəsində qalmadı. Azərbaycan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi, regionda təhlükəsizlik tədbirləri gücləndirildi və İranla quru yükdaşımalarının məhdudlaşdırılması kimi addımlar atıldı.
Bu addımlar göstərdi ki, Bakı təhlükəsizlik məsələsində yalnız siyasi bəyanatlarla kifayətlənmir, eyni zamanda real təsir mexanizmlərindən istifadə etmək imkanına malikdir.

“Dəmir yumruq” mesajı və güc balansı
Prezident İlham Əliyevin hadisə ilə bağlı verdiyi mesaj əslində daha geniş məna daşıyırdı. Dövlət başçısı bir daha xatırlatdı ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönələn hər hansı təhdid cavabsız qalmayacaq.
“Dəmir yumruq” ifadəsi artıq təkcə hərbi metafora deyil, Azərbaycanın təhlükəsizlik strategiyasının simvoluna çevrilib. 44 günlük Vətən müharibəsi bu strategiyanın effektivliyini nümayiş etdirdi.
Bu gün regionda formalaşan yeni güc balansı göstərir ki, Azərbaycan artıq yalnız müdafiə mövqeyində olan dövlət deyil. O, öz maraqlarını qorumaq üçün həm hərbi, həm siyasi, həm də diplomatik alətlərdən istifadə etmək qabiliyyətinə malikdir.

Tehranın ilkin reaksiyası və  geriyə addımı
İran tərəfi isə əvvəlki illərdə müşahidə olunan diplomatik taktikasına uyğun olaraq ilk mərhələdə məsuliyyətdən yayınmağa çalışdı. Tehran hadisə ilə əlaqəsinin olmadığını bəyan etdi və məsələni mümkün qədər uzatmağa cəhd göstərdi.
Lakin Bakının sərt mövqeyi və ardıcıl addımları göstərdi ki, bu məsələni qeyri-müəyyən vəziyyətdə saxlamaq mümkün olmayacaq.

Nəticədə İran rəhbərliyi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik kanallara üstünlük verməyə məcbur oldu. İran prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək hadisə ilə bağlı mövqeyini bildirdi və insidentin araşdırılacağını qeyd etdi.
Bu telefon danışığı faktiki olaraq Bakının qətiyyətli mövqeyinin nəticəsi kimi qiymətləndirilə bilər.

Beynəlxalq reaksiyalar və Azərbaycanın artan nüfuzu
Hadisənin diqqət çəkən digər tərəfi beynəlxalq reaksiyalar idi. Bir sıra ölkələrin liderləri Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq baş verən hadisəni qınadı və Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirdilər.
Bu fakt Azərbaycanın son illərdə qazandığı beynəlxalq nüfuzun göstəricisi kimi qiymətləndirilə bilər. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində oynadığı rol Azərbaycanı beynəlxalq sistemdə mühüm tərəfdaşa çevirib.
Xüsusilə Avropa üçün enerji təhlükəsizliyində Azərbaycanın artan rolu ölkənin geosiyasi çəkisini daha da artırıb. Bu səbəbdən də regionda sabitliyin qorunması beynəlxalq aktorlar üçün də mühüm əhəmiyyət daşıyır.

İranın geosiyasi dilemması
İran üçün isə vəziyyət daha mürəkkəbdir. Tehran həm regional gərginliklər, həm də beynəlxalq sanksiyalar səbəbindən ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşir.
Belə bir şəraitdə Azərbaycan kimi strateji əhəmiyyətə malik qonşu dövlətlə açıq qarşıdurmaya getmək İran üçün riskli ssenari olardı. Çünki bu, regionda yeni siyasi və iqtisadi balansların formalaşmasına səbəb ola bilərdi.
Bu səbəbdən də Tehran vəziyyəti daha da gərginləşdirmək əvəzinə diplomatik kanallarla problemi yumşaltmağa üstünlük verdi.

Region üçün əsas mesaj
Naxçıvan insidenti əslində region üçün bir neçə mühüm mesaj verdi.
Birincisi, Azərbaycan təhlükəsizlik məsələsində güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi.
İkincisi, Bakı artıq regionda güc balansını müəyyən edən əsas aktorlardan birinə çevrilib və onun mövqeyi nəzərə alınmadan Cənubi Qafqazda hər hansı siyasi prosesin davamlı olması çətin görünür.
Üçüncüsü isə, regionda təhdid və təzyiq siyasəti ilə nəticə əldə etmək mümkün deyil.
Baş verən hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi Azərbaycanın təhlükəsizlik strategiyasının əsas dayaqlarından biridir. Dövlət başçısı regionda sülh və əməkdaşlıq tərəfdarı olduğunu dəfələrlə bəyan edib.
Lakin eyni zamanda aydındır ki, Azərbaycanın təhlükəsizliyi və suverenliyi heç bir halda müzakirə mövzusu deyil.
Bu gün artıq regionda yeni reallıq formalaşıb. Azərbaycan güclü dövlət kimi öz maraqlarını qorumaq iqtidarındadır və bu reallığı qəbul etməyənlər gec-tez onunla hesablaşmağa məcbur qalırlar.

Naxçıvan insidenti isə bir daha sübut etdi ki, Azərbaycanın təhlükəsizliyi keçilməz qırmızı xətdir və bu xətti keçməyə cəhd edən hər kəs qarşısında qətiyyətli dövlət iradəsi ilə üzləşəcək.

 Mürtəza Bünyadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Mart 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri