Icma.az
close
up
RU
İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda baş verən hadisələr məcrasını dəyişdikcə yaşananlar Azərbaycan ictimaiyyətini də narahat edir. Arazın o tayındakı 35 milyonluq soydaşımızın taleyinə biganə qala bilməyən azərbaycanlılar sosial media hesablarında İranın gəlcək taleyi ilə bağlı müəyyən ehtimallar, proqnozlar səsləndirirlər. Son günlərdə isə keşmiş İran şahının oğlu Rza Pəhləvinin İrana rəhbər gətirilməsi ssenarisi müzakirə olunur. Şah Pəhləvi dövrünün güneyli soydaşlarımıza qarşı törətdiyi qırğınlar, etnik təmizləmə siyasəti səbəbindən, oğlunun hakimiyyətə gətirilməsi planı sosial medianın Azərbaycan seqmentində heç də birmənalı qarşılanmır. Düşünürlər ki, Cənubi Azərbaycanın gələcəyini - 35 milyonluq bir xalqın taleyini keçmişin kölgəsində qalan və milli hüquqlarımıza yad olan Rza Pəhləvi kimilərin vədləri deyil, soydaşlarımızın öz polad iradəsi müəyyən etməlidir.

Maraqlıdır, siyasilər bu mövzuda necə düşünür? Rza Pəhləvi İranın xilas yolu ola bilərmi, yoxsa ölkəni, xüsusilə də güneyli soydaşlarımızı məhvə sürükləyər? Modertor.az-ın mövzu ilə bağlı sualına STM-in departament müdiri, siyasi şərhçi Əziz Əlibəyli cavablandırıb.

Əziz Əlibəyli əvvəlcə İranda baş verən hadisələrin səbəblərindən danışıb:

“İranda hazırda müşahidə olunan genişmiqyaslı narazılıqların səbəbi nə Rza Pəhləvinin fəaliyyəti, nə də hansısa xarici siyasi mərkəzin planıdır. Bu proseslərin əsas mənbəyi İran hakimiyyətinin uzun illər ərzində apardığı yanlış idarəçilik, dərinləşən iqtisadi böhran, valyutanın kəskin dəyərdən düşməsi, yüksək inflyasiya və sosial ədalətsizlikdir. Uzun müddət davam edən maliyyə böhranı nəticəsində cəmiyyət daxilində dərin sosial uçurum yaranıb. Elitalar parçalanıb, ölkədə üç fərqli müxalif koalisiya formalaşıb. Paralel olaraq “müqavimət ideologiyası” güclənib və mövcud beynəlxalq şərait bu narazılıqların sinxron şəkildə üzə çıxmasına imkan yaradıb. Qeyd etmək lazımdır ki, 1979-cu ildən bəri ilk dəfədir İran hakimiyyəti əleyhinə bu miqyasda və koordinasiyalı etiraz dalğası müşahidə olunur. Bu narazılıqlar İran hakimiyyəti ilə vətəndaşlar arasında pozulmuş sosial müqavilənin birbaşa nəticəsidir. Azərbaycan türkləri isə həm teokratik rejimə, həm də Pəhləvi modelinin geri dönüşünə eyni məsafədə dayanır”.

Rza Pəhləvi siyasi alternativ, yoxsa süni layihə?

Rza Pəhləvi faktoruna gəldikdə isə siyasi şərhçi bunları deyib:

“İran şahının oğlu Rza Pəhləvi mövcud vəziyyətdən istifadə edərək hakimiyyətə qayıtmaq cəhdləri göstərir. Lakin reallıq ondan ibarətdir ki, onun İranda real sosial dayağı yoxdur. Müxtəlif beyin mərkəzlərinin, o cümlədən Hollandiyada fəaliyyət göstərən analitik qurumların qiymətləndirmələrinə görə, Rza Pəhləvini dəstəkləyən qüvvələr İran cəmiyyətinin təxminən 10 faizindən artıq deyil. Onun ətrafında əsasən Qərbə inteqrasiya olunmuş, xaricdə yaşayan, keçmiş hərbi və elit dairələrə yaxın şəxslər toplaşıb.

Rza Pəhləvinin adının daha çox İsrail mərkəzli media vasitəsilə gündəmə gətirilməsi də bu layihənin xarici informasiya dəstəyi ilə irəlilədiyini göstərir. Bu, siyasi texnologiya baxımından “çərçivələmə” (framing) strategiyasıdır: cəmiyyətə alternativ kimi yalnız Rza Pəhləvi təqdim edilir. Halbuki 90 milyonluq bir ölkədə real inqilabi dəyişiklik üçün ən azı 20–30 milyon insanın açıq və davamlı dəstəyi lazımdır. Əgər Rza Pəhləvi bu dəstəyi əldə etsəydi, İran cəmiyyətində və xüsusilə də azlıqlar arasında bu, aydın şəkildə hiss olunardı”.

Pəhləvi rejimi və Azərbaycan türkləri: unudulmayan tarixi yaddaş

Müsahibimiz İranda yaşayan soydaşlarımızın Pəhləvi rejimi ilə bağlı unudulmayan tarixi yaddaşı barədə də danışıb:

“Azərbaycan türkləri üçün Pəhləvi soyadı təkcə keçmiş deyil, asimilyasiya, repressiya və milli kimliyin inkarı deməkdir. Rza Şah və Məhəmməd Rza Pəhləvi dövrlərində türk dili qadağan edildi, mədəni hüquqlar məhdudlaşdırıldı, minlərlə azərbaycanlı repressiyaya məruz qaldı, milli hərəkat liderləri edam olundu, Azərbaycan şəhərlərində etnik mühəndislik siyasəti aparıldı. Fars şovinizmi dövlət ideologiyası səviyyəsinə qaldırıldı, İran kimliyi süni şəkildə Sasani mirası üzərindən quruldu və bu ideologiya zorakı üsullarla cəmiyyətə qəbul etdirildi. Bütün bu hadisələr Azərbaycan türklərinin kollektiv yaddaşında silinməz iz buraxıb. Maraqlıdır ki, 1979-cu il inqilabında Azərbaycan türklərinin mühüm rolu olsa da, sonrakı dövrdə onların hüquqları yenə də tanınmadı. Nə Pəhləvi rejimi, nə də sonrakı teokratik hakimiyyət Azərbaycan türklərinin dil və kimlik tələblərinə cavab verdi”.

Əziz Əlibəylinin qənaətincə, bu gün baş verən proseslər daxili sosial-iqtisadi böhranın uzun illər yığılan ədalətsizliyin və etnik diskriminasiyanın nəticə olduğundan, İranda real dəyişiklik yalnız inklüziv, ədalətli və bütün xalqların hüquqlarını tanıyan yeni siyasi model ilə mümkündür. Əks halda, tarix sadəcə fərqli adlarla təkrarlanacaq.

Rumiyyə MİRASLAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri