Icma.az
close
up
RU
İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı

İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər".

Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb:

"Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbriz, Ərdəbil və Güney Azərbaycanın digər şəhərlərində səslənən "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" şüarlarının məntiqini ABŞ-nin siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan güneylilərin səsini də eşitməlidir.

İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var. Ancaq cin şüşədən çıxıb, son etirazlar göstərir ki, İranda geridönüşü mümkün olmayan proseslər başlayıb. Amerikalı ekspertlərdən biri Rza Pəhləvinin İran əhalisinin 35 faizinin dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmi nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki İran əhalisi arasında "Siz Rza Pəhləvini dəstəkləyirsinizmi" sualıyla sorğu keçirmək mümkün deyil.

Buna baxmayaraq, İranda Pəhləvi dövrünün həsrətiylə yaşayanların varlığını özüm də müşahidə etmişəm, illər öncə Tehranda olanda söhbət etdiyim yerli vətəndaşların bir qismi, o cümlədən taksi sürücülərinin Pəhləvi haqqında müsbət fikirlər söylədiyini dinləmişəm. Halbuki Pəhləvi rejimi İranda yaşayan xalqlara indiki rejimdən az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq. Qərbdə molla rejiminin alternativi kimi Rza Pəhləvini qəbul edirlər. O, son dərəcə fəaldır".

Elxan Şahinoğlu xatırladıb ki, 2023-cü ildə İranda keçirilən etirazlarda da Rza Pəhləvi fəallaşmışdı:

"O, əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münxen Təhlükəsizlik Konfransına dəvət almışdı. Bütün hallarda İranda yaşayan azərbaycanlılar üçün Rza Pəhləvinin indiki molla rejimindən fərqi yoxdur. Ona görə də azərbaycanlılar Rza Pəhləvinin hakimiyyətə qaytarılmasını istəmirlər. Rza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə, demokratik seçki keçirəcək. Azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşahidə olunacağı, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq".
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Yanvar 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri