Icma.az
close
up
RU
“Erməni katolikosunun narahatlığı başadüşüləndir”

“Erməni katolikosunun narahatlığı başadüşüləndir”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanda ilk dəfə kilsəyə qarşı bu səviyyədə hücumların baş verməsi ölkə daxilində çox ciddi siyasi gərginliyin göstəricisidir”.

Bunu politoloq Əhəd Məmmədli xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan hökumətinin kilsəni açıq şəkildə hədəf alması bu qurumda dərin narahatlıq yaradıb və proses artıq münaqişə səciyyəsi daşıyır: “Paşinyan ilk dəfədir öz rəqiblərinə tam miqyaslı siyasi müharibə elan edib. Qarabağ klanı, Rusiya yönümlü müxalifət, diaspor qrupları və indi də kilsə hökumətin təzyiq dairəsindədir. Erməni kilsəsi təkcə ibadət yeri olmayıb, əsrlər boyu siyasi, ideoloji və identiklik mərkəzi rolunu oynayıb. Onlar erməni toplumunun assimilyasiyasının qarşısını alıb, antitürkçülüyün formalaşmasında əsas ideoloji baza kimi çıxış ediblər. Məhz bu səbəbdən kilsəyə hücum katolikos II Qaregini xüsusi narahat edir. Narahatlığın daha bir səbəbi son günlər Papa Fransiskin Türkiyəyə tarixi səfəridir. Katolik dünyasının Türkiyəyə yaxınlaşması, Papanın məscidə girməsi, diplomatik jestlər etməsi və Ankaraya komplimentlər verməsi Ermənistan kilsəsi üçün xoşagələn proses deyil. Çünki xristian dünyası uzun illər Türkiyəyə qarşı alət kimi istifadə olunub və bu rolun zəifləməsi onları panikaya salır.”
Əhəd Məmmədli qeyd edib ki, regionda Türkiyənin və Azərbaycanın güclənməsi, türk dünyasının daha sıx inteqrasiya perspektivləri və Turan ideyasının aktuallaşması da Ermənistan üçün ciddi geosiyasi təzyiq mənbəyinə çevrilib:
“Bütün bunları nəzərə aldıqda erməni katolikosunun narahatlığı başadüşüləndir. Kilsə həm öz tarixi missiyasının zəiflədiyini, həm də Ermənistanın Qərbə yönəlməsi fonunda təsir imkanlarının daraldığını görür.”

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Dekabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri