Icma.az
close
up
RU
İranın naxələfliyi nə vəd edir?

İranın naxələfliyi nə vəd edir?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi qüvvələr var ki, onların siyasətdə tutduğu mövqeni izah etmək üçün uzun-uzadı terminlərə ehtiyac qalmır. Xalqın dili ilə desək, daha əvvəlki yazılarımda da qeyd etdiyim kimi, bunlar hamam fitəsidir bir əldə qalmaz, daim əldən-ələ keçər, kim istəsə onun əlində sıxılar.

Prinsipi, sabit mövqeyi və siyasi ləyaqəti olmayanların taleyi tarix boyu belə olub. Bu gün baş verən hadisə bu həqiqəti bir daha açıq şəkildə göstərdi. İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron zərbəsi endirməsi təkcə hərbi təxribat deyil. Bu addım molla rejiminin siyasi mahiyyətini, riyakarlığını və nankorluğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Azərbaycan dövləti illərdir qonşuluq və tərəfdaşlıq münasibətlərində öz etibarlı siyasi nümunəsini nümayiş etdirib. Regionda sabitliyin və qarşılıqlı hörmətin tərəfdarı kimi çıxış edib. Azərbaycanın ərazisi heç vaxt İran üçün və ümumiyyətlə heç bir ölkə üçün təhlükə mənbəyi olmayıb. Bu, həm siyasi bəyanatlarda, həm də real siyasətdə dəfələrlə sübut olunmuş faktdır. Bunun fonunda Azərbaycanın nümayiş etdirdiyi siyasi davranış hər kəsə məlumdur. İranın ali rəhbərinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib və diplomatik həmrəylik nümayiş etdirib. Hətta humanitar yardım göndərilməsi məsələsi belə müzakirə olunurdu.Lakin bütün bunlara baxmayaraq, İranın molla rejimi heç zaman bu nümunəyə sadiq olmayıb. Əksinə, daim riyakar və nankor siyasi davranış xətti nümayiş etdirib.

Belə bir şəraitdə Naxçıvan ərazisində mülki vətəndaşların istifadə etdiyi hava limanının dron zərbəsi ilə hədəfə alınması təkcə hərbi təxribat deyil. Bu addım molla rejiminin siyasi nankorluğunun və riyakarlığının açıq göstəricisidir. Mülki infrastrukturu hədəfə almaq hərbi güc nümayişi deyil, əksinə, siyasi və strateji acizliyin göstəricisidir.Bu, nə hərbi gücdür, nə də siyasi qətiyyət. Bu, açıq şəkildə qorxaqlıqdır. Mülki infrastrukturu vurmaq isə beynəlxalq hüquqa görə terror aktı kimi qiymətləndirilir.Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı düşmən mövqeyi seçənlər sonda peşman olublar. Çünki Azərbaycan dövləti artıq regionun güclü siyasi və hərbi aktorudur. Bu dövlət öz təhlükəsizliyini qorumağı və təhdidlərə adekvat cavab verməyi bacaran dövlətdir. Və bilməlisiniz ki, Azərbaycana qarşı belə addımların atılmasına cavab reaksiyası son dərəcə sərt və qəti olacaq. Amma məsələ yalnız Naxçıvana endirilən dron zərbəsi ilə bitmir. Molla rejiminin əsl problemi daha dərindir. Bu rejim illərdir regionda destruktiv siyasət aparmaqla yanaşı, öz sərhədləri daxilində yaşayan milyonlarla azərbaycanlıya qarşı sistemli ayrı-seçkilik siyasəti yürüdür. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız ana dilində təhsil hüququndan məhrum edilir. Azərbaycan kimliyini müdafiə edən fəallar təqib olunur, həbs edilir və müxtəlif təzyiqlərə məruz qalır. Bu siyasət təsadüfi deyil illərdir davam edən planlı assimilyasiya siyasətidir.

Azərbaycan dünyanın 70-dən çox ölkəsində yaşayan təxminən 60 milyona yaxın azərbaycanlının vətənidir. Onların 35 milyonu isə Cənubi Azərbaycanda yaşayır. Bu bağlılıq dərin mənəvi köklərə və ortaq tarixə əsaslanır. Sizin bu nankorluğunuz həmin dəyərlərin və bağlılığın yüksələn dalğası qarşısında məhv olacaq. Tarix çox rejimləri arxivə göndərib. Zülm üzərində qurulan sistemlər gec-tez çökməyə məhkumdur. Molla rejimi də bu qanundan kənarda deyil. Hamam fitələri isə tarix boyu dəyişməyib. Onlar həmişə başqalarının əlində vasitə kimi istifadə olunublar. Amma xalqlar və güclü dövlətlər öz talelərini özləri müəyyən edirlər.

Azərbaycan isə öz yolunu seçmiş dövlətdir. Bu yol güclü dövlətçilik, milli birlik, hüquqi və dünyəvi idarəçilik yoludur. Dövlətin təhlükəsizliyi, suverenliyi və milli maraqları Azərbaycan üçün hər zaman əsas prioritet olaraq qalacaq.

Ramil Hüseynov,

"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri