Icma.az
close
up
RU
İranın Qətərdəki ABŞ bazasına hücumunun mənası nədir?

İranın Qətərdəki ABŞ bazasına hücumunun mənası nədir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alqoritmik müharibə, teosiyasi mesaj və güc kiber hücum...

Hücum xəbər verərək edilərmi?

Bəzi insanlar bunu zəiflik kimi qəbul edir, amma mən belə düşünmürəm. İranın bu yanaşması, yeni nəsil müharibə anlayışını göstərir. Çünki müharibə artıq yalnız silahlarla aparılmır. Bu gün müharibələr, qərar mərkəzlərini, zehinləri və alğılara təsir etmə, düşmənin quruluşlarını pozma, imkanları manipulyasiya etmə, dogmalar və geopolitik məqsədlər üzərində aparılır.

Əvvəlcə bunu vurğulamaq lazımdır: İranın hücumu, fiziki itkilərə deyil, zehinlərə və psixoloji təsirə yönəlib. Hücumun məqsədi fiziki nəticələr yaratmaq deyil, qarşı tərəfə strateji üstünlük qurmaq və müzakirə mühiti yaratmaqdır.

İran, qarşısındakı strateji gücün və imkanlarının fərqindədir. Qeyd etmək lazımdır ki, İran, daha güclü bir düşmənə qarşı hərəkət etməyi istəməyib. Həmçinin, onurunu qorumaq və müəyyən müttəfiqləri və düşmənləri arasında balans yaratmaq lazım idi. Bu səbəbdən psixoloji bir hücumla "Artıq qorxuruq deyil, biz hücum edirik" mesajı verdi. İran, əvvəllər daha çox dolaylı yollardan, məsələn, dəniz gerillası, milislər və kibermüdafiə kimi üsullarla ABŞ-a cavab verirdi. Amma bu dəfə Qətərdəki üssü hədəf alıb, ABŞ-ı birbaşa vurdu.

Bu, "Əgər bizi vurursanız, siz də heç yerdə təhlükəsiz deyilsiniz" mesajını daşıyır. İran, daxili ictimaiyyətə və müttəfiqlərinə “Artıq müdafiədə yox, hücumdayıq” mesajı verdi.

Bölgədəki digər ölkələrə, xüsusən də Körfəz ölkələrinə isə “ABŞ sizi qoruya bilməz” mesajı göndərildi.

Bu hücum, həm İranla yaxın əlaqələr qurmağa çalışan, həm də ABŞ ilə hərbi əməkdaşlıq edən Qətəri çətin vəziyyətə salır. İranın hücumu, Qətərə "ABŞ ilə yaxınlıq sizə zərər verə bilər" gizli mesajını ötürür. İran deyir: “Tərəfsiz olsan da, düşmənlə sıx əlaqədə olduğunuza görə sizə də güvənmirik.”

Qətər, ABŞ-nın Körfəzdəki təhlükəsizlik şemsiyasına güvənən Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr üçün bir sual doğura bilər: “Əcəba, ABŞ bizi qoruyacaqmı?” Bu, İranın Körfəz geopolitikasını sarsıtmaöa yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər.

İranın xarici siyasətində "Ən Böyük Düşmən – Böyük Şeytan" anlayışı 1979-cu ildən bəri ABŞ-a aiddir. Qətərdəki ABŞ hərbi bazaları yalnız bir hərbi nöqtə deyil, eyni zamanda ABŞ-nın bölgədəki hegemoniyasının simvollarıdır. İran bu simvolları hədəf alaraq, bir növ teopolitik meydan oxuma həyata keçirdi.

İran, ABŞ-nın "B-2 Spirit" bombardmançı təyyarələri ilə İranın nüvə obyektlərinə hücum etdiyi bir vəziyyətdə, hücumun mənbəyinə cavab vermək istədi. İran güc sibernetikası baxımından dünyanı belə oxuyur:

ABŞ üsulları: Sadəcə silah anbarları deyil; qlobal gücün qərar və idarəetmə mərkəzləridir.Qətər bazası: Körfəz regionunun məlumat və güc ötürülməsi nöqtəsidir.

Bu nöqtəni hədəf almaq, ABŞ-nın Yaxın Şərqdəkı hərbi gücünə bir zərbə vurmaq deməkdir. Yəni İran burada ABŞ-nın alqoritmik sinir uclarına hücum etdi. Fiziki təsir yaratmamağı məqsəd qoymuş, amma sistematik bir mesaj vermiş oldu: “Gücünüz yalnız silahlarla deyil, qərarlarla və məlumat axınında da var. Biz bu axını poza bilərik.” Bununla da İran, "Bizi varoluşsal təhdidlə üzləşdirsəniz, sizin global gücünüzü poza bilərik" mesajını verdi.

ABŞ-nın Qətərdəki Al-Udeid Hava Bazası yalnız hərbi bir baza deyil, həm də ABŞ-"Centcom"un Yaxın Şərqdəki güc kibernetikasının mərkəzidir. Bu bazadan yalnız təyyarələr havaya qalxmaz, əmrlər, məlumatlar və kəşfiyyat qərarları da buradan ötürülür. Yəni, ABŞ-nın Yaxın Şərq üzərindən qlobal hökmranlığının tətbiq olunduğu məkandır. Bu səbəbdən İran, hücumu ilə yalnız fiziki güc nümayiş etdirməyib, həm də "Sizin gücünüz yalnız raketlərdə deyil, qərar qəbul etmə və məlumat ötürülməsində dədir. Biz bu axını kəsə bilərik" mesajı verdi. Bu baxımdan, İranın hücumu alqoritmik müharibəyə qarşı bir addım kimi qiymətləndirilə bilər.

Güç Tarazlığı Alqoritması: Asimmetriyadan Tarazlığa

Bəllidir ki, ABŞ-nın İranın nüvə obyektlərinə hücumu Mərkəzi Qərargah tərəfindən idarə olundu. Təyyarələr qərargahın sahəsinə daxil olanda, əmrlər Mərkəzi Qərargah tərəfindən verilib və hücum da həmin mərkəzdən təşkil edilib. Bu vəziyyət, qarşılıqlı güc simmetriyasını ortaya çıxardı və İran da öz növbəsində "Centcom"un güc mərkəzini Qətərdə hədəf alıb. İrandan gələn bu cavab, ABŞ-nın Yaxın Şərqdəki strateji məlumatlarını hədəf alaraq güc balansını pozmaq məqsədini güdür.

İranın Vəlayət-i Fəkih doktrinasına görə, dünya iki yerə ayrılır: Müstekbirlər (gerçəyi görməyən güclü insanlar) və Mustazaflar (zəiflər, əzilənlər). ABŞ-nın hərbi bazalarına hücum etmək, "Müstekbirliyə qarşı cihad" olaraq qəbul edilir. Beləliklə, İranın hücumu yalnız hərbi bir addım deyil, həm də teopolitik bir meydan oxumadır.

İran artıq İsrail və ABŞ-nın strateji addımlarına cavab olaraq, zənginləşdirilmiş uranyumu naməlum bir yerə transfer edib və "Centcom"un bölgədəki güc və məlumat noduna hücum edərək geopolitik və teopolitik bir addım atdı.

Bu vəziyyət müvəqqəti bir atəşkəs yaratdı.

Amma müharibə hələ bitməyib.

Sadəcə formasını dəyişdi.

Hörmətlə.

Abdullah Ağar – 24 İyun 2025

Qeyd:

Nod anlayışı "Yeni Müharibənin Sinir Xəritəsi" mənasında istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri