İranın sabiq deputatı təhlükəsizlik orqanlarını məsuliyyətsizlikdə ittiham etdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın keçmiş millət vəkili Qulaməli Cəfərzadə İmanabadi İsrailin son hücumlarından sonra İranın təhlükəsizlik orqanlarını məsuliyyətsizlikdə ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Tvit paylaşdım, altı dəfə zəng etdim. Bir gecədə 21 nəfəri itirdik. Təhlükəsizlik qurumumuz harada idi?!" - deyə o, hücum gecəsi 21 nəfərin həyatını itirdiyini bildirib.
Cəfərzadə təhlükəsizlik strukturlarında casus şəbəkələrinin genişlənməsindən narahatlığını ifadə edərək, rəsmi şəxslərin artıq fikirlərini yalnız kağız üzərində paylaşmaq məcburiyyətində qaldığını bildirib. Onun sözlərinə görə, ölkənin ən yüksək səviyyələrində belə məlumatlar dinlənilir və izlənilir.
İsrailin hücumunda həlak olan SEPAH komandirləri ilə bağlı danışan keçmiş deputat, Xameneinin müşaviri Əli Şəmxaninin adını çəkərək, onun hücumdan necə salamat çıxdığını sual altına alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 İyul 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















