Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İranın TRİPP narahatlığı: Tehranın mövqeyi risk yaradır, amma...

İranın TRİPP narahatlığı: Tehranın mövqeyi risk yaradır, amma...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Tehran Ermənistanı ABŞ iıə İran arasında davam edəcəyi gözlənilən 60 günlük dialoq müddətində TRİPP layihəsi üzrə ciddi və geri dönülməz addımlar atmamağa çağırır. İran Xarici İşlər Nazirliyinin İrəvana ünvanladığı “tövsiyə” əslində diplomatik dillə ifadə olunmuş açıq siyasi təzyiqdir.

Bu mövqe ilk baxışda ehtiyatlı diplomatik xəbərdarlıq kimi görünə bilər, amma mahiyyət etibarilə İranın Cənubi Qafqazda formalaşan yeni nəqliyyat, enerji və təhlükəsizlik arxitekturasından narahatlığını göstərir. Çünki TRİPP təkcə yol, dəmir yolu və ya tranzit xətti deyil; bu layihə regionda geosiyasi çəkilərin dəyişməsi, kommunikasiyaların Rusiya və İran üzərindən asılılığının azalması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha dayanıqlı bağlantının qurulması və Qərbin Cənubi Qafqazda iqtisadi-siyasi iştirakının artması deməkdir.

İranın əsas qorxusu ondan ibarətdir ki, TRİPP reallaşarsa, Tehran uzun illər istifadə etdiyi tranzit üstünlüyünü itirə bilər. Azərbaycanla Naxçıvan arasında alternativ bağlantının açılması İranın bu istiqamətdəki vasitəçi və keçid ölkə rolunu zəiflədəcək. Digər tərəfdən, layihənin ABŞ adı və dəstəyi ilə irəliləməsi Tehran üçün əlavə təhlükəsizlik narahatlığı yaradır. İran Cənubi Qafqazda ABŞ-nin infrastruktur, nəqliyyat və iqtisadi layihə adı altında uzunmüddətli möhkəmlənməsini öz sərhədləri yaxınlığında strateji təhdid kimi qiymətləndirir. Buna görə də Tehran məsələni təkcə Ermənistan-Azərbaycan münasibətləri kontekstində deyil, ABŞ ilə regional rəqabət prizmasından oxuyur.

Lakin İranın bu mövqeyi layihəni tam dayandırmaq gücündə deyil. Tehran müəyyən diplomatik təzyiq yarada, Ermənistan daxilində layihəyə qarşı ehtiyatlı dairələri aktivləşdirə, Rusiya ilə mövqe yaxınlığı quraraq prosesi ləngitməyə çalışa bilər. Amma TRİPP-in taleyi yalnız İranın etirazından asılı deyil. Burada əsas həlledici faktorlar Azərbaycan və Ermənistan arasında siyasi razılaşmanın davamlılığı, ABŞ-nin layihəyə real siyasi və maliyyə dəstəyi, Ermənistan hakimiyyətinin strateji seçimdə geri çəkilib-çəkilməməsi və regionda təhlükəsizlik balansının necə formalaşmasıdır. Əgər İrəvan layihəni öz suverenliyi çərçivəsində iqtisadi fürsət kimi təqdim etməyə davam etsə, Bakının bağlantı tələbi ilə ABŞ-nin regional maraqları üst-üstə düşsə, İranın etirazı layihənin qarşısında maneə yox, daha çox gecikdirici faktor olacaq.

Burada Ermənistanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. İrəvan bir tərəfdən İranla münasibətləri tam korlamaq istəmir, çünki İran Ermənistan üçün mühüm qonşu və müəyyən mənada strateji nəfəs borusu sayılır. Digər tərəfdən isə Ermənistan son illərdə Rusiya asılılığından çıxmaq, Qərblə münasibətləri dərinləşdirmək və regional təcriddən qurtulmaq xətti götürüb. TRİPP bu baxımdan Paşinyan hökuməti üçün həm iqtisadi, həm də siyasi fürsətdir. Layihə Ermənistanı yalnız dalan ölkə olmaqdan çıxarıb tranzit xəttinin iştirakçısına çevirə bilər. Ona görə Tehran İrəvana “gözləyin” deyərkən əslində Ermənistanın Qərb istiqamətində atdığı addımı yavaşıtmağa çalışır.

Azərbaycan üçün isə məsələ daha geniş strateji məna daşıyır. TRİPP Azərbaycanın Naxçıvanla quru bağlantısı məsələsini beynəlxalq gündəmdə saxlayır və regionda yeni nəqliyyat xəritəsinin formalaşmasına xidmət edir. Bu layihə reallaşarsa, Bakı həm Türkiyə ilə bağlantı imkanlarını gücləndirəcək, həm də Orta Dəhlizin əhəmiyyətini artıracaq. İranın narahatlığı da məhz buradan doğur: Cənubi Qafqazda yeni kommunikasiyalar açıldıqca Tehran əvvəlki kimi “məcburi keçid ölkəsi” statusunu saxlaya bilmir. Bu isə İranın həm iqtisadi gəlirlərinə, həm də siyasi təsir mexanizmlərinə toxunur.

Nəticə etibarilə, İranın TRİPP-ə qarşı mövqeyi layihə üçün risk yaradır, amma onu avtomatik olaraq bloklayan amil deyil. Tehran prosesi ləngidə, Ermənistan üzərində psixoloji və diplomatik təzyiq qura, regional təhlükəsizlik ritorikasını sərtləşdirə bilər. Lakin TRİPP artıq yalnız Ermənistanın və Azərbaycanın daxili razılaşması səviyyəsində deyil, daha böyük geosiyasi layihə kimi formalaşır. Bu səbəbdən İranın etirazı layihənin qarşısında əsas maneə deyil, yeni mərhələdə gözlənilən müqavimət xəttidir. Əsas sual budur: Ermənistan bu təzyiq qarşısında geri çəkiləcək, yoxsa yeni regional reallığın iştirakçısı olmaq seçimini davam etdirəcək?

Alim Nəsirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 İyun 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri