Icma.az
close
up
RU
TRIPP qısqanclığı, yoxsa Tehranın Moskvadan umacağı?

TRIPP qısqanclığı, yoxsa Tehranın Moskvadan umacağı?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Regionda təhlükəsizlik və üçüncü qüvvə amili

Ermənistanın kütləvi informasiya vasitələri İranın TRIPP-lə bağlı rəsmi İrəvana yeni və sərt şərtlər irəli sürdüyü barədə məlumatlar yayıblar. Daha doğrusu, xəbəri yayan “NEWS.am”dır, digərləri ona istinad edir. Bildirilir ki, İran TRIPP marşrutunun təhlükəsizliyinin ya yalnız Ermənistan silahlı qüvvələri, ya da artıq ölkə ərazisində yerləşən üçüncü ölkənin qüvvələri tərəfindən təmin olunmasını tələb edir.

Əlbəttə, İranda anti-TRIPP ab-havasında olanların mövcudluğunu bilirik. Yəni layihəni ABŞ-ın timsalında Qərbin regionda hərbi baxımdan möhkəmlənmək niyyəti kimi yozanların varlığından xəbərdarıq. Belələrinin, loru dildə desək, ağızlarını Allah yoluna qoyub nələrisə sərsəmləmələri də adiləşib. Onların oxşarları Rusiyada da var. Məsələn, ölkənin Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov ötən həftə bildirmişdi ki, “Tramp marşrutu” ABŞ-a Ermənistanda, İran sərhədinə yaxın ərazilərdə qoşunlarını, özəl hərbi şirkətləri və kəşfiyyat infrastrukturunu yerləşdirmək imkanı verə bilər. Şevtsovun bu məlumatı haradan aldığı bilinmir. Hazırda İranın Ermənistana TRIPP xəbərdarlığına dair məlumatın rəsmi özəyi də yoxdur.

Maraqlı məqam İranın İRNA agentliyində TRIPP və ABŞ-ın Ermənistanda mümkün hərbi mövcudluğu məsələsinə yer verilməsidir. Nəzərə alaq ki, agentlik dövlət mediası statusundadır. Yeri gəlmişkən, İRNA A.Şevtsovun diqqətə çatdırdığımız bəyanatını tirajlamışdı. Həmçinin İran mediasında TRIPP-ə münasibətdə daha əvvəl də ciddi ehtiyatlar ifadə olunub. Məsələn, “Mehr” agentliyi layihənin İran və Rusiya üçün mümkün təhlükəsizlik nəticələrini ayrıca təhlil edib və layihə ilə bağlı narahatlıqları gündəmə gətirib. “Tasnim” agentliyi və ona yaxın dairələrdə isə daha sərt təqdimatlar yer alıb. Hələ iki il əvvəl agentliyin ekspertləri Zəngəzur dəhlizinin, guya İranın tranzit imkanlarını zəiflədə, ölkəni regional kommunikasiya marşrutlarından kənarlaşdıra biləcəyinə dair açıq müzakirə aparmışdılar. Media qurumu 2026-cı ilin mayında TRIPP-i birbaşa “ABŞ-ın geosiyasi planı” kimi göstərərək, onun İranın hədəfində olduğunu yazmışdı.

Əlbəttə, bu sayaq təqdimatlar yolverilməzdir. Amma bir qədər soyuq yanaşsaq, belə qənaətə gəlmək mümkündür ki, İranın TRIPP-lə bağlı mövqeyində əsas məsələ kommunikasiyaların açılması deyil. Problem infrastruktura nəzarət və təhlükəsizliyin kimin tərəfindən təmin edilməsidir. Bu baxımdan ən mühüm son açıqlama İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, ali rəhbərin hərbi məsələlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvinin bəyanatıdır. Səfəvi ötən ay bildirib ki, İranın Ermənistanla TRIPP üzrə “real anlaşması və ortaq mövqeyi yoxdur”, Tehran öz “qırmızı xətlərini” İrəvana açıq şəkildə çatdırıb. O, layihənin hazırkı formasının İrana təhlükə yaratdığını və əgər təhlükəsizlik ABŞ hərbçilərinə həvalə edilərsə, cavab tədbirləri görüləcəyini vurğulamışdı. Səfəvi, eyni zamanda, ölkəsi üçün ən münasib variantın Ermənistan sərhədçilərinin İran-Ermənistan sərhədinə və oradan keçən marşrutlara nəzarəti olduğunu dilə gətirmişdi. Qeyd edək ki, 2025-ci ilin avqustunda İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də “Tramp marşrutu”nun ABŞ-ın Cənubi Qafqazda yaratmaq istədiyi dəhliz olduğunu iddia etmiş və Tehranın buna Rusiya ilə və ya Rusiyasız qarşı çıxacağını bildirmişdi. Yeri gəlmişkən, “Mehr” agentliyi Vilayətinin açıqlamasını “İran Qafqazda ABŞ dəhlizinin yaradılmasına mane olacaq” sərlövhəsi ilə yayımlamışdı.

Onu da bildirək ki, Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bu günlərdə TRIPP-də başqa dövlətin təhlükəsizlik qüvvələrinin iştirakının olmayacağını və təhlükəsizlik funksiyalarını Ermənistanın özünün yerinə yetirəcəyini vurğulamışdı. Bu, əvvəldə diqqətə çatdırdığımız “üçüncü ölkənin artıq Ermənistanda olan silahlı qüvvələri” variantının hakim komanda tərəfindən qəbul olunmadığı anlamına gəlməsə də, İrəvanın anti-Rusiya köklənişi var. “NEWS.am”ın məlumatında İranın razılaşdığı üçüncü qüvvə isə Rusiyadır. Bəli, Rusiya sərhədçiləri artıq neçə müddətdir İran-Ermənistan sərhədindədirlər. Düşünmək olar ki, Tehran onları artıq yad saymır. Halbuki məsələnin qoyuluşu belə olmamalıdır. Axı hər bir dövlət öz sərhədini özü qorumalıdır. Əslində, hazırda Ermənistan rəhbərliyinin də dediyi, amma ehtiyatla yanaşdığı məqam məhz budur. Bir məqam da var: zamanında İran Rusiya qoşunlarının öz sərhədləri yaxınlığında lövbər salmasından narahat idi. O da məlumdur ki, vaxtilə Moskvada Azərbaycan-İran sərhədinə nəzarət iddiasına düşənlər də meydana çıxmışdı. Onlar Bakıya buna qarşılıq Qarabağ münaqişəsində dəstək vədi verirdilər. Əlbəttə, Azərbaycan dövləti belə absurd təkliflə razılaşa bilməzdi. Hətta Qarabağ kimi vacib məsələnin həllinə kömək mahiyyəti ortada olsa da...

Əlqərəz, İranda Rusiya qoşunlarının gec-tez Ermənistan ərazisindən tamamilə çıxarılacağı dərk edilməlidir. Şübhəsiz, bunu anlayan qüvvələr də var, yaşanmış təcrübə də. Təcrübədən söz düşmüşkən, ötən il Rusiya sərhədçiləri İrəvanın “Zvarnots” hava limanından çıxarıldılar. Baş nazir Nikol Paşinyan onlara təşəkkürünü bildirdi və dedi ki, erməni hərbçiləri artıq xidmət göstərmək təcrübəsinə yiyələniblər. Fikrimizcə, Nikolun eyni ifadəni Ermənistan–İran sərhədində dayanmış rus hərbçilərinə münasibətdə işlədəcəyi gün uzaqda deyil. Hələlik isə bildirdiyimiz kimi, rəsmi İrəvan ehtiyatlıdır. Bəs Ermənistan rəhbərliyinin Rusiya hərbçilərini ABŞ hərbçiləri ilə əvəzləmək kimi niyyəti ola bilərmi? Düşünmürük ki, belə bir niyyət olsun. Yəni “Tramp yolu” ifadəsi o demək deyil ki, Qərbin hərbi mövcudluğuna meydan veriləcək. Əslində, buna ehtiyac da yoxdur. Ümumən, TRIPP üzrə hansısa müstəsna təhlükəsizlik təminatı zəruri deyil. Axı TRIPP böyük ölçüdə, Naxçıvana maneəsiz yoldur. O yol ki, ondan İran da faydalana bilər. Layihə Azərbaycana, İrana, Türkiyəyə, Ermənistana və Gürcüstana xeyir gətirirsə, TRIPP başqa kimdən mühafizə olunmalıdır? Hər halda, yadplanetlilər ona hücum çəkəcək deyillər...

Hesab edirik ki, İranın mütərəqqi dairələrinin düşündükləri budur. Həm də buna görə Tehran-Bakı rəsmi əməkdaşlığında regional kommunikasiya və infrastruktur seqmenti ön planda dayanır. Rəsmi Bakı indiyədək hansısa üçüncü qüvvənin anti-İran köklənişində iştirak etmədiyi kimi, “Amerika hərbçiləri ilə TRIPP” formuluna da qol qoymaz. Azərbaycan olmadan isə TRIPP mümkünsüzdür və Ermənistanda bunu gözəl anlayırlar.

Deməli, əgər TRIPP üzrə bilavasitə hərbi təhlükəsizlik təminatı məsələsi meydana çıxarsa, bu, mütləq qaydada ölkəmizlə razılaşdırılmalıdır. Belə bir mövcudluğa, ümumən, ehtiyac olmadığı kimi, rus sərhədçilərinin İran-Ermənistan sərhədində keşik çəkmələrinə ehtiyac yoxdur. Ruslar, guya Ermənistanı qoruyurlar? Kimdən və ya nədən? Yaxud Ermənistanın Türkiyə ilə sərhədindəki rus hərbçiləri, Gümrüdəki 102-ci hərbi baza nəyə yarayır? Aydındır ki, heç nəyə. Ümumən, keçmiş SSRİ-yə xas üslubdan uzaq durulmalıdır. Çünki dünya dəyişib.

Başlıca məqam dünyanın dəyişdiyinin məhz Rusiya tərəfindən dərk edilməsi, hər şeyin hərbi güclə ölçülmədiyinin başa düşülməsidir. Məsələn, adını çəkdiyimiz A.Şevtsov kimilər üçün dediklərimizin heç bir önəmi yoxdur. Çünki belələri imperiya xislətli bədbəxtlərdir, böyüklüyü hərbə-zorbalıqda, hədə-qorxu gəlməkdə görürlər. Çox təəssüf ki, onların Rusiyanın dövlət siyasətinin formalaşmasına təsirləri aktualdır. Ölkənin dövlət siyasəti isə nəyin bahasına olursa-olsun Cənubi Qafqazdan yapışıb qalmağı, mövcudluğu hədəfləyir. Bu mövcudluğun mütərəqqi yolu istisnadır. Yəni rus ictimai-siyasi fikir industriyası o yolu tapa bilmir. Nəticədə “NEWS.am” ortaya düşür və bildirir ki, İran TRIPP-lə bağlı təhlükəsizliyin təminatında Rusiya hərbçilərinin iştirakını məqbul sayır. Axı bu media orqanının haradan maliyyələşdiyi, Şimalın hansı dairələrinin maraq və mənafelərindən çıxış etdiyi məlumdur.

Sonda onu da deyək ki, “NEWS.am”ın timsalında Ermənistandakı ruspərəst medianın TRIPP-lə bağlı bilavasitə yalan tirajladığını bildirmək niyyətindən uzağıq. Yəni İrandakı müəyyən dairələrin yazımızın məğzini təşkil edən məlumatın yayılmasına etiraz etmədiklərini söyləmək mümkündür. Düşünmək olar ki, Tehran indiki durumda sırf rəsmi səviyyədə olmasa da, Moskvaya həmrəylik jesti edir. Üstəlik, İranda “ABŞ-dansa, Rusiya daha yaxşıdır” düşüncəsinin olması mümkündür. Əlbəttə, Tehrandakı bəzi dairələrin regionda yeni hərbi mövcudluq barədə söz açıb əndişələnmələrini də anlamaq çətindir.

Ən sonda onu da deyək ki, hazırda TRIPP xüsusunda ABŞ-la müəyyən birgə fəaliyyətin gerçəkləşdirdiyini rəsmi səviyyədə bəyan edən Ermənistan rəhbərliyi qətiyyətli davranmalıdır. Bir qədər əvvəl ölkə parlamentinin hakim partiyadan olan deputatı, fraksiya rəhbəri A.Hovhannisyanın fikrini diqqətə çatdırdıq. Hesab edirik ki, rəsmi İrəvan daha yüksək səviyyədə TRIPP-lə bağlı təhlükəsizlik təminatının Ermənistanın məhz özü tərəfindən həyata keçiriləcəyini bəyan etməli, bu tezisi düşüncələrə yeritməlidir. Yeritməlidir ki, xaricdə və ya daxildə kimlərsə ölkənin dalandan çıxmasına maneçilik törətməsinlər, yaxud prosesi ləngitməsinlər.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri