Icma.az
close
up
RU
Tehranın TRIPP manevri

Tehranın TRIPP manevri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Cənubi Qafqazın yeni düzənində “dəstədən geri qalmaq” istəmir

İran İslam Respublikası ilə Ermənistan arasında münasibətlər mehriban qonşuluq siyasəti çərçivəsində mühüm əhəmiyyət daşıyır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Zəngəzur vilayətinin inzibati mərkəzi olan Qafan şəhərində ölkəsinin yeni baş konsulu Davud Yaicini qəbul edərkən deyib. Ermənistanla münasibətlərin bütün sahələrdə, xüsusilə iqtisadi və konsulluq istiqamətlərində dərinləşdirilməsinin vacibliyini vurğulayan nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

İlk baxışdan bu, Tehranla İrəvan arasında qonşuluq münasibətlərinin inkişaf etdirilməsi barədə növbəti diplomatik ismarış təsiri bağışlaya bilər. Lakin məsələyə Cənubi Qafqazda son dövrlər baş verən proseslər fonunda yanaşdıqda, Tehranın Ermənistanla bağlı fəallaşmasının daha geniş gündəliklə əlaqəli olduğu görünür. Xüsusilə regionun nəqliyyat və kommunikasiya xəritəsinin dəyişməsi, yeni marşrutların meydana çıxması və bu prosesə ABŞ-ın da daxil olması İranın diqqətini Ermənistanın cənubuna daha çox yönəldir.

Yeri gəlmişkən, İranın Qafan kimi Ermənistanın cənubunda yerləşən mühüm şəhərinə yeni baş konsul təyin etməsi də təsadüfi məqam təsiri bağışlamır. Məhz bu ərazidə TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı müxtəlif səviyyələrdə görüşlər keçirilir. Deməli, Tehran üçün Ermənistanın cənubu artıq, sadəcə, qonşu ölkənin ərazisi deyil, regiondakı yeni proseslərin birbaşa təsir göstərə biləcəyi məkan kimi də əhəmiyyət daşıyır. Bu baxımdan İranın Ermənistanla münasibətləri dərinləşdirmək çağırışının ardınca TRIPP-lə bağlı irəli sürdüyü şərtlər xüsusi diqqət çəkir.

Tehranın əsas narahatlığı nədir?

Bugünlərdə “Nyus.am” saytının öz mənbələrinə istinadən yaydığı məlumata görə, İran hakimiyyəti Ermənistanın Baş naziri Nikol Paşinyana TRIPP layihəsinin təhlükəsizliyi ilə bağlı əlavə tələblər təqdim edib. Tehranın mövqeyinə əsasən, Ermənistan ərazisindən keçəcək marşrutun təhlükəsizliyini ya Ermənistanın silahlı qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin hərbi qüvvələri təmin etməlidir.

Məlumatda üçüncü ölkənin qüvvələri dedikdə, böyük ehtimalla, Ermənistanda yerləşən Rusiya hərbçilərinin nəzərdə tutulduğu bildirilir. Bununla İranın əsas məqsədinin marşrutun təhlükəsizliyi adı altında ABŞ hərbçilərinin Ermənistan ərazisində yerləşdirilməsinin qarşısını almaq olduğu qeyd edilir. Tehranın narahatlığını başa düşmək üçün İran–ABŞ münasibətlərinin hazırkı vəziyyətinə nəzər salmaq kifayətdir. İran öz sərhədlərinə yaxın ərazidə ABŞ hərbi kontingentinin meydana çıxmasını təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Bu səbəbdən də TRIPP-in yalnız iqtisadi və nəqliyyat layihəsi kimi təqdim olunması Tehranın bütün suallarını aradan qaldırmır. İran üçün əsas məsələ marşrutun özü qədər onun təhlükəsizliyinin kim tərəfindən və hansı mexanizmlə təmin ediləcəyidir.

Burada diqqətçəkən əsas məqam odur ki, Tehran TRIPP-in qarşısında dayanaraq layihənin özünü rədd etdiyini açıq şəkildə bəyan etmir. Əksinə, İrana münasibətdə təhlükə yaratmayacaq şərtlərin formalaşdırılmasını istəyir. Başqa sözlə, İranın yanaşmasında söhbət marşrutların inkişafına prinsipial etirazdan daha çox, həmin prosesin milli təhlükəsizlik maraqları nəzərə alınmaqla reallaşmasından gedir.

Bu arada, Ermənistan tərəfi də Tehranın narahatlığını azaltmağa çalışır. İrəvanın mövqeyinə görə, TRIPP İrana qarşı hər hansı çağırış və ya təhlükə yaratmayacaq, layihə hərbi xarakter daşımır və əsas məqsəd regionda nəqliyyat əlaqələrinin genişləndirilməsidir. Hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə açıqlamasında layihənin hərbi obyektlərin yaradılmasını və xarici güc strukturlarının yerləşdirilməsini nəzərdə tutmadığını bildirmişdi.

Amerikalılar Zəngəzura niyə gəlmişdilər?

Tehranın narahatlığını artıran məqamlardan biri də TRIPP-in Ermənistan ərazisində praktiki müzakirələr mərhələsinə keçməsi ilə bağlı xəbərlərdir. Sentyabrın əvvəlində Gorus, Qafan və Mehridə TRIPP-in həyata keçirilməsi ilə bağlı görüşlər keçirilib. Ermənistanın xarici işlər və beynəlxalq ticarət strukturlarının nümayəndələri ilə yanaşı, ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen, ABŞ Dövlət Departamentinin siyasətin planlaşdırılması idarəsinin baş müşaviri Con Askonas və AECOM mühəndis şirkətinin nümayəndələri də həmin görüşlərdə iştirak ediblər. Zəngəzur vilayətinin icma nümayəndələrinə layihənin həyata keçirilməsinin gedişi barədə Ermənistan və ABŞ rəsmiləri tərəfindən birbaşa məlumat verilib. Yerli nümayəndələr suallarını ünvanlayıb, mövqelərini ifadə edib və regionda kommunikasiyaların genişləndirilməsinin Ermənistan, xüsusilə də bölgə üçün hansı iqtisadi imkanlar yarada biləcəyini müzakirə ediblər. Maraqlıdır ki, bu görüşlərdə TRIPP-in Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə xidmət edəcəyi də vurğulanıb. Yəni İrəvan layihəni yalnız nəqliyyat xətti kimi deyil, ölkənin cənub bölgəsinin iqtisadi inkişafına və dövlət nəzarətinin möhkəmləndirilməsinə imkan verəcək mexanizm kimi təqdim edir.

Görüşlərin Gorus, Qafan və Mehri kimi vilayətin əsas yaşayış məntəqələrində keçirilməsi layihənin artıq ümumi siyasi bəyanatlar səviyyəsindən çıxaraq yerli səviyyədə müzakirə predmetinə çevrildiyini göstərir. Belə bir mənzərə Tehranın mövqeyini daha anlaşılan edir. İran şimal sərhədləri yaxınlığında yeni kommunikasiya sisteminin formalaşmasını diqqətlə izləyir. Üstəlik, həmin prosesə ABŞ nümayəndələrinin açıq şəkildə cəlb olunması Tehranın ehtiyatlarını artırır.

“Dəstədən geri qalmamaq” cəhdi

Bütün bunların fonunda İranın Ermənistanla münasibətləri daha da fəallaşdırmaq niyyətinə başqa prizmadan baxmaq mümkündür. Tehran Cənubi Qafqazda formalaşan yeni nəqliyyat və iqtisadi düzəndə kənarda qalmaq istəmir. Çünki regionda kommunikasiya xətlərinin açılması yalnız yükdaşımaların istiqamətini dəyişmir. Yeni yollar yeni iqtisadi əlaqələr, investisiya imkanları, logistika mərkəzləri və siyasi təsir kanalları yaradır. Belə bir mərhələdə prosesdən kənarda qalan ölkə sonradan formalaşan yeni regional düzəndə öz mövqeyini qorumaqda çətinlik çəkə bilər. Məhz bu baxımdan Tehranın Ermənistanla iqtisadi əlaqələri dərinləşdirmək çağırışı ilə TRIPP məsələsinə müdaxiləsi arasında əlaqə görmək mümkündür. İran bir tərəfdən layihənin onun təhlükəsizlik maraqlarına zidd istiqamətə yönəlməsini istəmir, digər tərəfdən isə Ermənistanın cənubunda gedən proseslərdən kənarda qalmaq niyyətində deyil. Başqa sözlə, Tehran “dəstədən geri qalmamaq” üçün öz mövqeyini indidən ortaya qoymağa çalışır. İran üçün əsas məsələ odur ki, regionda yeni kommunikasiya xəritəsi hazırlanarkən onun maraqları da nəzərə alınsın. Əks halda, ABŞ və digər Qərb aktorlarının iştirakı ilə formalaşan yeni düzən İranın şimal sərhədləri yaxınlığında onun istəmədiyi siyasi və təhlükəsizlik reallığı yarada bilər.

Bu arada Qafan şəhərinə yeni baş konsulun təyin olunması da məhz bu kontekstdə diqqət çəkir. İranın Ermənistandakı diplomatik fəaliyyətinin cənub istiqamətində gücləndirilməsi Tehranın Zəngəzurda baş verənləri daha yaxından izləmək və burada öz diplomatik-iqtisadi imkanlarını artırmaq niyyətindən xəbər verə bilər. Əlbəttə, bir diplomatik təyinatı birbaşa TRIPP-lə əlaqələndirmək düzgün olmazdı. Lakin zamanlama və ərazi baxımından bu addımın regional proseslərdən ayrı düşünülməsi də çətindir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 01:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri