İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
İran yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gəlib.
Modern.az xəbər verir ki, bu barədə İslam Respublikasının Bakıdakı səfilriyi məlumat yayıb.
Bildirilib ki, naziri Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, eləcə də İranın Azərbaycandakı səfiri qarşılayıb.
Qeyd olunub ki, nazir İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək.
Bununla yanaşı, onun Azərbaycannın yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır.
"Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir", - səfirlik vurğulayıb. (Report)
Baxış sayı:141
Bu xəbər 23 Fevral 2026 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















