İranın Zəngəzurla bağlı yeni planı: Təklif verdi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ermənipərəst iranlı siyasi şərhçi Ehsan Müvəhhedian İranın Ermənistanın Zəngəzur bölgəsində neft emalı zavodu tikməsi ilə bağlı təklif irəli sürüb.
Axar.az xəbər verir ki, o, bu barədə İran televiziyasinda çıxışında bildirib.
“Ermənistanda uzunmüddətli müqavilələrlə neft emalı zavodunun fəaliyyəti gündə 100 min barrel İran neftini endirimsiz və əlavə xərclər olmadan satmaq imkanı yaradacaq və sanksiyalar riskini azaldacaq. Bu layihə Ermənistanın enerji təhlükəsizliyini və ölkənin İrandan asılılığını təmin etməklə yanaşı, regionda Amerika, NATO və İsrailin təsirini azaldacaq”, - o deyib.
Müvəhhedian həmçinin Ermənistanda Avro-5 markalı benzinin istehsalı və İranın şimal-qərbinin tələbatını ödəməsi ilə ölkənin cənubundan şimala yanacaq tranziti xərclərinin də sıfıra enəcəyini bildirib.
Qeyd edək ki, İran rəsmiləri adətən rəsmi təkliflərini ekspertlərin dili ilə ifadə edirlər. Zəngəzurda İran neft emalı zavodunun tikilməsi təşəbbüsü isə daha çox siyasi xarakter daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















