Icma.az
close
up
RU
İranla ABŞ arasında ikitərəfli danışıqların başlanmasında Türkiyənin rolu əvəzsizdir

İranla ABŞ arasında ikitərəfli danışıqların başlanmasında Türkiyənin rolu əvəzsizdir

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İran ABŞ ilə danışıqların formatını ikitərəfli formata keçirmək və yerini Türkiyədən Omana dəyişmək niyyətindədir.

Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ-İran birbaşa danışıqlarının hansı ölkədə keçirilməsi elə də önəmli deyil:

"Görüşün keçirildiyi ölkə həmin ölkəyə olan etimadın, onun təhlükəsizlik və digər məsələlər baxımından qəbul edilə bilən tərəfdaş olduğunun göstəricisi sayıla bilər. Amma Türkiyə rəsmi Ankaranın da açıqladığı kimi, görüşün hansı ölkədə keçirilməsindən asılı olmayaraq sülh prosesini dəstəkləyir".

Müsahibimizin fikrincə, vasitəçilərin iştirakı ilə keçirilmiş ilkin görüş Omanda baş tutduğundan, rəsmi Tehran danışıqların yenidən bu ölkədə davam etdirilməsini təklif edib:

"ABŞ də bu təklifi qəbul edib. Bu isə onu göstərir ki, görüşün hansı ölkədə keçirilməsi ABŞ üçün də həlledici əhəmiyyət daşımır. Əsas məsələ tərəflərin birbaşa danışıqlara razılıq verməsi və masa arxasında əyləşməsidir. Görüşün Omanda keçirilməsi, eyni zamanda ötən il yarımçıq qalmış danışıqların diplomatik baxımdan davam etdiyini də ifadə edə bilər. Düzdür, burada vasitəçilər iştirak edir, lakin əsas məsələ ondan ibarətdir ki, görüş mahiyyət etibarilə ABŞ və İran arasında baş tutur".

Politoloq əlavə etdi ki, İran və ABŞ arasında ikitərəfli birbaşa danışıqların başlanmasında Türkiyənin rolu əvəzsizdir:

"Zaman keçdikcə tərəflər bu rolu daha aydın şəkildə dəyərləndirəcəklər. Türkiyə bu addımı ilə regionda müharibənin, xüsusilə də genişmiqyaslı müharibənin qarşısının alınmasına töhfə verən dövlətlərdən biridir. Türkiyə beynəlxalq aləmdə diplomatiyanın, dialoqun və problemlərin diplomatik vasitələrlə həllinin davam etdirilməsinə çalışan bir dövlətdir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri