İranla müharibə ABŞ a neçəyə başa gəlir? Rəqəmlər açıqlandı KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla hərbi münaqişə zamanı sıradan çıxan hərbi texnikanın bərpası və əvəzlənməsi üçün 6 milyard dollardan çox əlavə vəsaitə ehtiyacı var.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət itirilmiş təyyarələrin, eləcə də bahalı kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının (PUA) yenilənməsindən gedir.
Qeyd edək ki, bundan əvvəl “The Hill” qəzeti ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatların ümumi xərcinin artıq 47 milyard dollara çatdığını bildirmişdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda günahlandıraraq İrana yenidən miqyaslı zərbələr endirməyə başlayıb.
Qeyd edək ki, qlobal neft ticarətinin təxminən 25%-i və maye təbii qazın (LPG) 20%-i məhz bu boğaz vasitəsilə daşınır. Hazırda ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqini dayandıraraq, sankasiyalar vasitəsilə ölkəni iqtisadi təcridə salmaq strategiyasına keçdiyini bəyan edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















