Icma.az
close
up
RU
İranla qonşuluq münasibətləri tarixi keçmişə söykənir ŞƏRH

İranla qonşuluq münasibətləri tarixi keçmişə söykənir ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin cari ilin 28 aprel tarixində Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda çox mühüm məsələlərə toxunulub. Ölkəmizin rəhbəri qeyd edib ki, biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq.
Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana bu gün başlanan səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanıram. Bu təkcə oturuşmuş münasibətlərin təsdiqi deyil, eyni zamanda gələcəyə açılan perspektivində müəyyənləşdirilməsidir. Bir çox sahələr üzrə əməkdaşlıq mümkündür. Bu əməkdaşlığa hazırlıq uzun müddətdir ki, gedir. Bu gün İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirəcək, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə iki ölkənin töhfəsinin verilməsinə səbəb olacaq. Hesab edirəm ki, yaranan istənilən problemin ilk növbədə mehriban qonşuluq ilə həll edilməsinə şərait yaradacaq. Azərbaycan cəmiyyəti İran prezidentinin ölkəmizə səfərindən xoş gəldin deyir və onun səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının müsbət nəticə verəcəyinə inanırıq.
Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Azərbaycan-İran əməkdaşlığı yüksəldikcə, təbii olaraq ticarət dövriyyəsi də artacaq. Ən əsası, siyasi müstəvidə anlaşmalar, mehriban qonşuluq razılaşmaları ilə regionda tam yeni bir tendensiyaların şahidi ola bilərik. Habelə, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu qovşağının yaradılması, Araz çayı üzərində anbarların, stansiyaların birgə istifadəsi və s. məsələləri sürətlənər.
Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri