Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri qarşılıqlı hörmət və etimada söykənir ŞƏRH

Azərbaycan Pakistan münasibətləri qarşılıqlı hörmət və etimada söykənir ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Pakistan bu gün bir türk dövləti deyilsə də, tarixən Azərbaycanla, o cümlədən Türküstanla iç-içə olub


Azərbaycanla Pakistan əlaqələri növbəti uğurlu mərhələyə qədəm qoyur. Bu günlərdə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri iki dövlət arasındakı dostluq, starteji tərəfdaşlıq münasibətlərində yeni səhifə açır. 

İki dövlət arasındakı əlaqələrə nəzər saldıqda Ermənistanın ötən əsrin sonlarından ölkəmizə qarşı irəli sürdüyü ərazi iddiaları ilə başlanan hərbi təcavüzü zamanı Pakistan Azərbaycanın mövqeyini birmənalı şəkildə necə müdafiə etdisə, 44 günlük Vətən müharibəsində bizə dost-qardaş münasibətini davam etdirərək siyasi müstəvidə Azərbaycanın haqlı davasını müdafiə etdi. Bu gün də Azərbaycanla Pakistan dost ölkə, müxtəlif sahələrdə etibarlı tərəfdaşdır.   


Siyasi şərhçi Azər Həsrət “Shegr.az”a açıqlamasında bildirdi ki, Azərbaycan-Pakistan münasibətlərinin tarixi uzaq keçmişə dayanır və iki dövlət arasındakı əlaqələr qarşılıqlı hörmət, etibar və etimada söykənir: 

- Hər şeydən əvvəl vurğulamaq lazımdır ki, Pakistan böyük  türk coğrafiyasının bir parçasıdır. Pakistan bu gün bir türk dövləti deyilsə də, tarixən Azərbaycanla, o cümlədən Türküstanla iç-içə olub. Ümumiyyətlə bizim ortaq tariximiz var və olub və bundan sonra da olacaq. İkinci bir tərəfdən, dünya dövlətləri arasında Pakistan həqiqətən də bizə çox yaxın münasibət bəsləyən bir dövlətdir. İstər ikitərəfli münasibətlərdə, istərsə də çoxtərəfli platformalarda biz həmişə Pakistanla xoş münasibətlərdə olmuşuq. İki dövlət, iki ölkə arasında bir-birini narazı salacaq hər hansı hərəkətlər müşahidə edilməyib. Xüsusən müstəqiliyimizin bərpasından sonra Pakistan birmənalı şəkildə həmişə Azərbaycanın yanında olub, dost, qardaş, etibarlı tərəfdaş kimi çıxış edib. Ermınustanla da dioplomatik əlaqələr qurmayıb. Şəxsən mən özüm də beynəlxalq platformalarda iştirak edən şəxs olaraq pakistanlı dostlarımızı həmişə  yanımızda görmüşəm, onların dəstəyini hiss etmişəm. Onları Azərbaycana dəvət etmişəm, burda görüşlərimiz, söhbətlərimiz olub. Eləcə də biz nə zaman, harada Pakistanını adı keçibsə, həmişə onların tərəfində olmuşuq, Pakistan dövləti və xalqının mənafeyini müdafiə etmişik. Şəxsən mənim belə bir fəallığım 2023-cü ilin iyun ayında Cenevrədə BMT-nin İnsan Haqları Şurasının toplantısında Kəşmirlə bağlı müzakirə aparılarkən oldu. Kəşmir məsələsində bir azərbaycanlı olaraq dövlətimizlə üst-üstə düşən mövqeyimi ifadə etdim və bu da pakistanlı nümayəndələrin çox xoşuna gəldi, tədbirdən sonra mənə yaxınlaşdılar, ayrıca söhbət etdik. Biz, ictimai fəallar, jurnalistlər olaraq, istərsə də dövlət təmsilçiləri olaraq Pakistanla o qədər yaxınıq ki, münasibətlərimiz həqiqətən də bir-birimizin faydasına xidmət edir. Bu baxımdan Pakistan Azərbaycan üçün vazkeçilməz, ayrılmaz, imtina edilə bilməyəcək beynəlxalq tərəfdaşdır, bizim üçün yabançı dövlət deyil. Bir daha vurğulamaq istərdim ki, Pakistan həm də böyük türk coğrafiyasının bir parçasıdır, tarixən belə olub, bundan sonra da belə olacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Fevral 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri