Icma.az
close
up
RU
İranla saziş Vaşinqtonun kapitulyasiyasıdır ŞƏRH

İranla saziş Vaşinqtonun kapitulyasiyasıdır ŞƏRH

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İranla əldə olunan razılaşma rəsmi Vaşinqtonun Tehranın şərtləri qarşısında geri çəkilməsi anlamına gəlir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Senatının demokrat üzvü Kris Mörfi X sosial şəbəkəsində paylaşım edib.

“Yekun sazişin imzalanıb-imzalanmayacağını zaman göstərəcək. Lakin əgər bu baş verərsə, iki həqiqət eyni vaxtda doğru olacaq: bu, faktiki olaraq İran qarşısında kapitulyasiyadır. Bununla belə, buna sevinməliyik, çünki bu qanunsuz və mənasız müharibə davam etdikcə ABŞ daha da zəifləyir. Bu fəlakətli müharibənin sona çatması müsbət haldır, hətta razılaşmanın şərtləri ABŞ üçün alçaldıcı olsa belə”, – deyə Mörfi qeyd edib.

Onun sözlərinə görə, əldə olunan anlaşmanın əsas şərtləri İran tərəfindən diktə olunub:

“İran yalnız bir güzəştə gedib – Hörmüz boğazını açıq saxlayıb. Lakin bu da əslində güzəşt deyil, çünki boğaz müharibədən əvvəl də açıq idi. İndi isə İran ABŞ-nin onun boğazı bağlamasına mane ola bilməyəcəyini nümayiş etdirdikdən sonra təsir imkanlarını daha da artırıb”.

Kris Mörfi hesab edir ki, İranın dondurulmuş aktivlərinin açılması faktiki olaraq Vaşinqtonun Hörmüz boğazının açıq qalması müqabilində Tehrana ödəniş etməsi deməkdir.

Senator həmçinin bildirib ki, İran nüvə proqramı ilə bağlı yeni öhdəlik götürməyib. Onun sözlərinə görə, Tehranın nüvə silahı əldə etməyəcəyinə dair vədi yeni güzəşt sayıla bilməz, çünki bu öhdəlik daha əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) da öz əksini tapmışdı.

Mörfi qeyd edib ki, Prezident Donald Tramp administrasiyası müharibə zamanı qarşıya qoyulan məqsədlərin heç birinə nail ola bilməyib.

“İranda hakimiyyət yenə də sərt xətt tərəfdarlarının əlindədir. Onlar ABŞ-nin ən güclü təzyiqinə tab gətirdilər və Hörmüz boğazını bağlamaq imkanına malik olduqlarını göstərdilər. Bu gün İran müharibədən əvvəlkindən daha güclüdür. Ölkənin hələ də raketləri, pilotsuz uçuş aparatları və nüvə proqramı mövcuddur”, – senator vurğulayıb.

O, yekun sazişin ümumiyyətlə imzalanmaması ehtimalını da yüksək qiymətləndirərək bildirib ki, belə olacağı təqdirdə ABŞ yaxın gələcəkdə hərbi əməliyyatları yenidən bərpa edə bilər.

Qeyd edək ki, daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılığın əldə olunduğunu təsdiqləyiblər. Razılaşmanın iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, tərəflər 60 günlük atəşkəs dövründə Tehranın nüvə proqramı da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyun 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri