İranla razılıq asan olmayacaq
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ İranla diplomatik yolla razılığa gəlmək istəyir.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.
“Düşünürəm ki, bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək imkanı var”, – o vurğulayıb.
Rubio Tehranla razılığa gəlməyin asan olmayacağını qeyd edib:
“İranla razılığa gəlmək çətindir. Biz həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. Vaşinqton buna nail olmaq üçün bütün səylərini göstərəcək. Danışıqlar aparanlarımız hazırda ora gedirlər. Görüşlər keçirəcəklər. Görəcəyik nə olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq”.
Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib.
Danışıqların növbəti raundu sabah Cenevrədə keçiriləcək.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Fevral 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















