Icma.az
close
up
RU
İranla sərhəddə yerləşən bölgələrə təhlükə YAXINLAŞIR TƏCİLİ

İranla sərhəddə yerləşən bölgələrə təhlükə YAXINLAŞIR TƏCİLİ

Icma.az, News24 portalına istinadən məlumat verir.

Son günlərdə ABŞ hərbi qüvvələrinin İranın nüvə infrastrukturlarına qarşı həyata keçirdiyi hücumlar beynəlxalq aləmdə ciddi narahatlıq yaradıb. Hücumların əsas hədəfi kimi tanınan obyektlərdən bəzilərinin nüvə fəaliyyəti ilə əlaqəli olması, bölgədə radiasiya sızması və ekoloji fəlakət təhlükəsi ilə bağlı sualları da gündəmə gətirib.

Beynəlxalq müşahidəçilər və mütəxəssislər yaranmış vəziyyətin yalnız hərbi-siyasi deyil, eyni zamanda ekoloji və humanitar fəsadlara yol aça biləcəyini qeyd edirlər. Radiasiya riskinin artması fonunda qonşu ölkələrdə də təlaş müşahidə olunur. 

Bəs Azərbaycana radiasiyanın yayılma ehtimalı varmı?

Məsələ ilə bağlı Radiasiya Problemləri İnstitutunun Baş elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fətullah Çiçək News24.az-a açıqlamasında bildirib ki, istənilən halda nüvə obyektləri olan əraziyə hərbi hücum edilərsə, radiasiya sızması mümkündür:

“Əgər nüvə obyektləri olan ərazi vurulubsa, təbii olaraq ətrafa radiasiya yayılır. Bu, fiziki və kimyəvi proseslərin nəticəsidir. İstər zəif, istərsə də yüksək səviyyəli zədələnmə olsun, orada radioaktiv maddələrin havaya qarışması mümkündür".

F. Çiçəyin sözlərinə görə, İran mənbələri hadisədən sonra bəyan edib ki, hücumdan öncə uran ehtiyatları həmin ərazidən çıxarılıb. Lakin bu məlumatın nə dərəcədə doğru olması hələlik təsdiqlənməyib və bölgədəki real vəziyyətin monitorinqi üçün beynəlxalq təşkilatların iştirakı vacib sayılır:

“Əgər radiasiya yayılarsa, bu ilk növbədə İran ərazisində ağır nəticələrə səbəb ola bilər. Yoluxma prosesi lokal xarakter daşısa da, külək, su axınları və digər təbii amillər vasitəsilə daha geniş coğrafiyaya da təsir göstərə bilər. Təbii olaraq Azərbaycan da İranla qonşu ölkə olduğuna görə ölkəmizin cənub bölgələrinə yayılma ehtimalı da mümükndür, amma istənilən halda bu hələki dəqiq təsdiqini tapmayıb".

Çiçək qeyd edib ki, radiasiya, xüsusilə ionlaşdırıcı şüalanma, insan sağlamlığı üçün son dərəcə təhlükəlidir:

"İnsanlarda ürəkbulanma, qusma, baş ağrısı, halsızlıq, dəridə yanıq və şişlər kimi nəticələr ola bilər. Genetik mutasiyalar, xərçəng riskinin artması (xüsusilə qan xərçəngi - leykoz), sonsuzluq, daxili orqanların funksiyasının pozulması baş verir. Radiasiyaya məruz qalan ərazilərdə torpaq, su və ərzaq məhsullarında çirklənmə baş verə bilər. Bu isə yalnız bir ölkənin deyil, bütün regionun ərzaq və su təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur".

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri