İranla yekun razılaşmada istədiyi mühüm bəndi açıqladı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İsrail adminstrasiyası ABŞ Prezidenti Donald Trampla İranın nüvə proqramı və Hörmüz boğazı ilə bağlı mümkün razılaşmanı müzakirə edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahu “X” hesabında yazıb.
Netanyahu bildirib ki, tərəflər İranla yekun sazişin nüvə təhlükəsini tam aradan qaldırmalı olduğu mövzusunda razılığa gəliblər. Onun sözlərinə görə, bu, İranın uranı zənginləşdirmə obyektlərinin ləğvi və zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılması deməkdir:
“Prezident Tramp və mən İranın nüvə təhlükəsinin aradan qaldırılması məsələsində eyni fikirdəyik. Bu isə İranın uranı zənginləşdirmə obyektlərinin ləğvini və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılmasını nəzərdə tutur”.
İsrail Baş naziri həmçinin Trampın İsrailin özünü müdafiə etmək hüququnu bir daha dəstəklədiyini vurğulayıb.
Netanyahu qeyd edib ki, ABŞ-İsrail tərəfdaşlığı heç vaxt indiki qədər güclü olmayıb və İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 24 May 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















